Klintonun qaşındakı milçək...

Klintonun qaşındakı milçək...
08:37 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Hillari Klinton və Donald Tramp arasındakı keçirilən son teledebat zamanı müzakirə olunan mövzulardan çox, xanım namizədin qaşına qonmuş milçək sosial mediada diqqət çəkib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, debat zamanı H. Klintonun sol qaşına milçək qonub. O, hər hansı reaksiya verməyərək çıxışına davam edib. Hadisə "Facebook" və "Twitter"də geniş müzakirələrə səbəb olub. Hətta "Twitter"də milçək üçün bir neçə akkaunt yaradılıb. 

Qeyd edək ki, CNN və ORC şirkətlərinin sorğusuna əsasən teledebatlarda Hillari Klinton qalib gəlib. Respondentlərin 57%-i Klintona, 34%-i isə Trampa üstünlük verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR