Ukrayna “Normand dördlüyü”nün görüşünə qatılmayacaq/

Ukrayna “Normand dördlüyü”nün görüşünə qatılmayacaq/
08:42 11 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna tərəfi "Normand dördlüyü"nün görüşündə iştirak etmək niyyətində deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyinə Ukrayna XİN-dəki diplomatik mənbə bildirib.
 
"Ukrayna tərəfi "Normand dördlüyü"nün görüşündə iştirak etməyə razılıq verməyib. Hələ ki rəsmi Moskva Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirmir və münaqişəsinin həllinə dair "yol xəritəsi" hazırlanmayıb, bu görüş baş tuta bilməz", deyə mənbə bildirib.
 
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov oktyabrın 19-da Parisdə "Normand dördlüyü" liderlərinin növbəti görüşünün keçiriləcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR