Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aşura günü bu məscidlərdə qanvermə aksiyaları olacaq - SİYAHI

Aşura günü bu məscidlərdə qanvermə aksiyaları olacaq - SİYAHI

Date: 11 October 2016 09:04

Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa 14 məsciddə təşkil olunacaq.

Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbail rayonunda “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu "Əjdərbəy” məscidində təşkil olunacaq.

Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Сümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanda Məhərrəmlik ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür.

 


Tags:  Aşura günü bu məscidlərdə qanvermə aksiyaları olacaq SİYAHI


RƏYLƏR


Top news