Brent neftinin qiyməti illik maksimum ətrafındadır

Brent neftinin qiyməti illik maksimum ətrafındadır
09:05 11 Oktyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neft ucuzlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 51,23 dollar təşkil edib. 
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar azalaraq 53,04 dollar olub. 
 
Qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin oktyabr ayından etibarən ilk dəfə 53 dollar həddini aşıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR