Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mobil telefon 1,5 km məsafədən "dolduruldu"

Mobil telefon 1,5 km məsafədən "dolduruldu"

Date: 11 October 2016 09:05

"Energiya" raket-kosmik korporasiyası lazer şüasının köməyi ilə mobil telefonun enerji ilə doldurulması üzrə unikal sınaq keçirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "1.5 km məsafədən telefonu enerji ilə doldurmaq mümkün olub. Hazırda mütəxəssislər şarjın dəqiq faizini hesablayır" - korporasiyanın nümayəndəsi bildirib.

O, telefonun markasını və akkumulyatorun durumunu  dəqiqləşdirməyib.

Lazer şüasının köməyi ilə elektrik enerjisinin ötürülməsi üzrə elmi təcrübə iki bina arasında keçirilib.
"Energiya" raket-kosmik korporasiyasının nümayəndəsi bildirib ki, mütəxəssislər təxminən iki-üç ay sonra məsafədən kiçik pilotsuz uçan aparatı enerji ilə doldurmağa nail olacaqlar, 1 il sonra isə böyükölçülü peşəkar pilotsuz təyyarə ilə işləyəcəklər. Sonra kosmosda müvafiq sınaqları keçirmək planlaşdırılır.

Milli.Az


Tags:  Mobil telefon km məsafədən dolduruldu


RƏYLƏR


Top news