Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda 450 min manat pulu dələduzluqla əldə edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Bakıda 450 min manat pulu dələduzluqla əldə edən qadının şikayəti əsasında məhkəmə başlayıb

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb (11 Mart 2017 16:17)
Sumqayıt sakininə qarşı 22 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb (10 Mart 2017 18:07)
Bakıda qadının mənzilindən 19 min manatlıq qızıl oğurlanıb (06 Mart 2017 10:42)

Tarix: 11 Oktyabr 2016 09:17

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşova barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
“Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, A.Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib. O, həmin şəxslərə bildirib ki, onlarla birlikdə biznes quracaq.
A.Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Babaşova 11 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Teqlər:  Bakıda 450 min manat pulu dələduzluqla əldə edən qadının şikayəti əsasında məhkəmə başlayıb



RƏYLƏR


Top xəbərlər