Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədliyyə nazirindən yeni TƏYİNATLAR

Ədliyyə nazirindən yeni TƏYİNATLAR

Date: 11 October 2016 09:23

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzində İnzibati Nəzarət idarəsinə yeni rəis təyinatı olub.


Ədliyyə Naziri Fikrət Məmmədovun müvafiq əmriylə nazirliyin Göyçay regional şöbəsinin rəisi Ruslan Osmanlıya Bələdiyyələrlə İş mərkəzi İnzibati Nəzarət İdarəsinin rəisi vəzifəsi həvalə edilib.


Nazirin digər əmriylə Nazirliyin Lənkəran regional şöbəsinin rəisi İlkin Nəcəfova İcra Baş İdarəsinin rəis müavini vəzifəsi həvalə edilib.


Xatırladaq ki, R.Osmanlı və İlkin Nəcəfov əvvəl Bələdiyyələrlə İş mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışıblar.


Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin Göyçay və Lənkəran regional şöbələrinin rəisi vəzifəsi vakant olaraq qalır. (repartyor.tv)


Tags:  Ədliyyə nazirindən yeni TƏYİNATLAR

RƏYLƏR


Top news