Azərbaycanda tələbələrə yeni növ kreditlər də veriləcək

Azərbaycanda tələbələrə yeni növ kreditlər də veriləcək
09:32 11 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Maarifçi" Tələbə Kredit Fondu tərəfindən təhsil haqqı kreditlərindən əlavə tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar və araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlərin təqdim olunması planlaşdırılır.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Maarifçi" Tələbə Kredit Fondundan məlumat verilib.

Fonddan qeyd edilib ki, bu kreditlərin şərtləri hələlik məlum deyil.

Hazırda təhsil kreditləri ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqına olan borclarının ödənilməsi üçün verilir. "Maarifçi" Tələbə Kredit Fondunun yeni fəaliyyətə başladığını nəzərə alaraq, 2016-cı il ərzində yalnız bakalavr pilləsində təhsil alan tələbələrə "Təhsil haqqı kreditləri" təqdim olunacaq. Növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər. Eyni zamanda, növbəti illərdə digər kreditlər növləri üzrə də fəaliyyətə start veriləcək.

Qeyd edək ki, tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.

Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən - artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.

Xatırladaq ki, Fondda kreditin verilməsi ilə bağlı 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı olan və sənədləşmə uyğunsuzluğu olanlar olub.

Fond bu ili oktyabrın 1-dən 31-dək 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcunun ödənilməsi üçün yeni müraciətlərin qəbulunu aparacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/478193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR