"Rusiya ABŞ-la dialoqdan imtina etmir"

"Rusiya ABŞ-la dialoqdan imtina etmir"
09:47 11 Oktyabr 2016
16 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib.
 
"Rusiya bundan sonra da ardıcıl olaraq Suriyada terrorla mübarizə aparacaq və vəziyyətin gərginləşməməsi üçün çalışacaq. Biz ABŞ-la dialoqdan imtina etmirik, lakin dialoqu yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında aparmağa hazırıq.  Münasibətlərimiz BMT-də, qurumun Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlar çərçivəsində davam edəcək", - deyə Antonov bildirib.
 
Xatırladaq ki, oktyabrın 3-də rəsmi Vaşinqton Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR