Yataqxanadan iki qız qaçırıldı: ara qarışdı - FOTO

Yataqxanadan iki qız qaçırıldı: ara qarışdı - FOTO
10:05 11 Oktyabr 2016
366 Dünya
Ölkə mətbuatı
A- A+

Zonguldağda Bülent Ecevit Universitetində (BEÜ) təhsil alan 1600 tələbə qızın qaldığı yataqxanada ara qarışıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, son 4 gün ərzində 2 tələbə qızın qaçırıldığını iddia edən tələbələrə təhlükəsizlik müdiri Osman Akın təhlükəsizliklərini təmin edəcəkləri sözü verməsindən sonra 4 saat davam edən aksiya sona çatıb.

Tələbə qızların iddialarına görə, keçən həftənin cümə günü yoldaşlarından biri oğlan tanışı tərəfindən avtomobilə mindirilərək qaçırılıb. Eyni olayın ötən gün yataqxanada yenidən təkrarlandığını bildirən tələbə qızlar öz təhlükəsizliklərinin təmin edilməsini istəyiblər. Yataqxananın təhlükəsizliyinə cavabdeh olan qurum rəhbəri qızların ikinci iddialarını qəbul etməyərək, ötən gecə yataqxanadan heç bir qızın qaçırılmadığını bildirib. 

Təhlükəsizlik müdirinin sözlərini polis də təsdiq edib. Səlahiyyətli şəxslər bundan sonra yataqxananın təhlükəsizliyini daha ciddi şəkildə təmin edəcəkləri barədə tələbə qızlara söz veriblər.

Təhməz Təkin

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR