Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ronaldu liderlərə yaxınlaşdı

Ronaldu liderlərə yaxınlaşdı

Date: 11 October 2016 10:22

Avropa ölkələrinin millilərində ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın tərtib etdiyi cədvələ Macarıstan və İspaniya yığmalarında üst-üstə 84 qol vuran Ferens Puşkaş başçılıq edir.

Onun Mcarıstandakı komanda yoldaşı Şandor Koçiş 75 dəfə fərqlənib. Miroslav Kloze Almaniya yığmasında 71 qol vurub. 4-cü yerin iki şəriki var. Herd Müller Almaniya Robbi Kin İrlandiyada 68 qol vurub. Portuqaliya millisində 66 dəfə fərqlənən Kriştianu Ronaldu "üçlüy"ə bir az da yaxınlaşıb.
 
İsveçli Zlatan İbrahimoviçin 62, macar İmre Şlosser və ispaniyalı David Vilya hərəyə 59 dəfə rəqib qapısına yol tapıblar. Çexiyalı Yan Koller və ADR millisinin üzvü Yoahim Streyx 55 qolun müəllifidirlər.
 
Qeyd edək ki, Azərbaycan millisinin bombardiri Qurban Qurbanovun hesabında 14 qol var.

Milli.Az


Tags:  Ronaldu liderlərə yaxınlaşdı

RƏYLƏR


Top news