Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq

Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq

Date: 11 October 2016 10:32

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Qazaxıstan prezidenti ilə yanaşı, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Tacikistan dövlət başçılarının da iştirakı planlaşdırılır.
Xatırladaq ki, oktybarım 12-də N.Nazarbayev Azərbaycana rəsmi səfər edəcək.

Tags:  Qazaxıstan prezidenti Azərbaycana səfərindən sonra Ermənistana yollanacaq

RƏYLƏR


Top news