Bakıda tələbə özünü 11-ci mərtəbədən atdı

Bakıda tələbə özünü 11-ci mərtəbədən atdı
10:38 11 Oktyabr 2016
396 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR