Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan çempionu "tələbələr"ə qarşı

Azərbaycan çempionu "tələbələr"ə qarşı

Date: 11 October 2016 10:42

Bu gün futzal üzrə UEFA Kubokunda əsas mərhələyə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bir illik fasilədən sonra turnirdə təmsil olunan Azərbaycanın çempionu "Araz" ilk sınağına çıxacaq.

Naxçıvan təmsilçisi oyunları Makedoniyada keçirilən II qrupun ilk turunda meydana çıxacaq. Miltinyonun yetirmələri Skopyedə Gürcüstan çempionu Tbilisi Dövlət Universiteti ilə qarşılaşacaq.
 
Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
 
Qeyd edək ki, qrupun digər oyununda Kosovonun ən yaxşısı "Feniks" və Makedoniya çempionu "Zalazareç" qarşılaşacaqlar.
 
Futzal üzrə UEFA Kuboku
Əsas mərhələ, II qrup
I tur, 11 oktyabr
19:30. "Araz" - TDU (Gürcüstan)

Milli.Az


Tags:  Azərbaycan çempionu tələbələrə qarşı

RƏYLƏR


Top news