Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda 20 yaşlı gənc özünü binanın 11-ci mərtəbəsindən yerə atıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində, Azər Manafov küçəsində baş verib.
Belə ki, 20 yaşlı Abbasov Hüseyn Arif oğlu yaşadığı binanın 11-ci mərtəbəsindən özünü yerə atıb. H.Abbasov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.