Bir erməni siyasətçi ya jurnalist göstərin ki, Azərbaycanı sizin qədər aşağılasın - Turqut Ərə sərt cavab

Bir erməni siyasətçi ya jurnalist göstərin ki, Azərbaycanı sizin qədər aşağılasın - Turqut Ərə sərt cavab
11:05 11 Oktyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Tənzilə Rustəmxanlıdan Türkiyənin Azərbaycandakı sabiq diplomatı Turqut Ərə cavab.

7 oktyabrda BMM-də keçirdiyimiz Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş bir tədbirə əsasən ziyalılarımızı və mətbuatımızı dəvət etmişdik. Məqsədim sadəcə 18 Oktyabrın önəmini bir daha xatırlatmaq, gündəmə gətirmək, bu millətin mustəqilliyə qovuşmasında əməyi və haqqı olan hər kəsi minnətdarlıq hissi ilə anmaq idi. Yaxın tariximizdə baş vermiş bu önəmli hadisənin unutdurulmaması üçün gündəm yaratmaq və istiqlal aktına imza atan millət vəkillərinə təşəkkür etməkdən başqa bir məqsədimiz yox idi. Tədbirdə iştirak edən millət vəkilləri və ziyalılarımız da çıxışlarında bunu qeyd edirdilər. Millət vəkili Qüdrət Həsənquliyev öz çıxışında müstəqillik aktında imzası olan millət vəkillərinə "İstiqlal" ordeninin verilməsini belə təklif etdi, Fazil Mustafa da o günün önəmini və o gün üçün mübarizə aparmış insanların millətin taleyində oynadıgı rolu bir daha qeyd etdi. Millət vəkili Fəzail İbrahimli Azərbaycanın müstəqilliyə gələn yolunun tarixi həqiqətlərindən, millətimizin azadlığa qovuşmaması üçün rus ve ermənilərin işbirliyindən danışdı. O günlərin canlı şahidlərindən biri və Müstəqillik aktında imzası olan Firudin Cəlilov da bu günlərimiz üçün o zaman çəkilən çilələri, çətinlikləri, acıları və ağrıları anlatdı. Azadlıq hərakatının liderlərindən biri Sabir Rüstəmxanlı da o günün qəhrəmanlarının bu gün yaşadıqları çətinlikləri, onlara edilən haqsızlıqları dilə gətirdi. Bəzi çıxışlardan sonra söz istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir ehtiramla söz verdim. Yasəmən xanım sanki o tədbirdə olmayan birisi kimi, çıxışçıların heç birini dinləməmişdi, çox aqressiv bir şəkildə bizi ittiham etməyə başladı ki, bəs niyə bura Əli Kərimli, İsa Qəmbər dəvət olunmayıb?

Qüdrət Həsənquliyev lider olmayıb-filan... (qeyd edim ki, Qüdrət bəy tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi) Yasəmən xanımın çıxışı tam provokasiya xarakterliydi, tədbirin əhəmiyyətinə kölgə salmaq, ara qarışdırmaq, iş görmək əvəzinə söz oyunu etməkdən başqa bir şey deyildi. Mən xanımın çıxışına cavab vermək zorunda qaldım, kimsənin şəxsiyyətinə toxunmayacaq, alçaltmayacaq bir şəkildə fikirlərimi söylədim və: "Sənin lider saydığın adamları mən lider saymıram", - dedim. Xarici fondlardan maliyyə alaraq öz dövlətinə düşmənçilik edənləri tənqid etdim. Bəzən ermənidən daha betər düşmənçilik edənlərimiz var dedim.

M.Ə. Rəsulzadənin də haqqı yeyilməməli, Əbülfəz Elçibəy də bu ölkənin prezidenti olub və milli azadlıq hərakatının liderlərindən biridir, onun da xidmətləri danılmamalı, Heydər Əliyev də bu ölkənin prezidenti olub, ölkəni bölünmə təhlükəsindən qoruyub, dövlət müstəqilliyimizi möhkəmləndirib, ona da haqsızlıq edilməməlidir. Mənim xanıma verdiyim cavabın mahiyyəti bundan ibarət idi. Yaxşı ki, kameranın yaddaşında tədbirdəki bütün çıxışlar olduğu kimi qalır.
İndi gələk iki gündən bəri sosial mediada açılan birtərəfli müzakirələrə, təhqirlərə və yalanlara...

Sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin və nifrət, çirkab varsa tökün bu ailənin üzərinə. (eynən Ergenekonda olduğu kimi, onda da belə çirkabla gəlmişdilər üzərimizə. Zəkəriyyə Özün hazırladığı iddianamənin düyməsini Fətullah Gülən basmışdı).

Birincisi, mənim kimi dəvət edib, kimi etməyəcəyim haqqında kimsənin önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu deyiləm. İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq, məni təhqir edənlərə bir sualım var: 1999-da sizin bir çoxunuzun da təmsil olunduğunuz AXCP üzvlərinin bir çoxu onu və xanımı Samaranı təhqir edəndə onu sizin şərinizdən qorumaq üçün tədbir təşkil edərək "Ədalət qılıncı" təqdim etmişdim və Əli Kərimlidən soruşun, sizə söyləsin ki, o qılıncı ona kim təqdim etmişdi. Zaman o zaman idi ki, indi söydüyünüz iqdidarla Əli bəyin heç bir problemi yox idi, onu və ailəsini sizin əqidə yoldaşlarınız təhqir edirdilər. Mən Tənzilə Rüstəmxanlı isə bir çox təhqirləri gözə alaraq Əli Kərimliyə bir övladım kimi sahib çıxmışdım. 

Demkonqres parçalananda təhqir etdiyiniz Sabir Rüstəmxanlı bir ata qayğısıyla onu qorumuşdu və buna görə yenə sizin əqidə dostlarınızın təhqirlərınə məruz qalmışdı. Nə acı ki, bu gün o, sizin məni təhqir etməyinizə baxaraq əllərini ovuşdurur. Hər kəs əslində mahiyyətini ortaya qoyur. Tökün ətəyinizdəki daşları, yalanlarınız sadəcə öz ayağınıza dolaşar. 

Mənə sual ünvanlayanlardan biri də Turqut Ərdir ki, Azərbaycanda 1992-ci ildən 2000-ci ilə qədər Türkiyəmizin səfirliyində mətbuat müşaviri olaraq çalışmış və sonra buradan göndərilmişdir. Səbəbini özü bilir. Burada olduğu müddətdə bir və ya iki dəfə toplantılarda görüşmüşük. Ondan sonra onunla heç qarşılaşmamışam. 
Turqut bəy, soyadın Er olunmasıyla Ər olunmaz!

Ərlik türk kültüründə qadına sayğıdan başlanır. Bizim kültürdə ər savaşına ərənlərlə gedərdilər, yoxsa "feys" səhifələrinin arxasına gizlənənlərlə mənim işim olmaz. Mən yeddi cəddimi bilirəm və şəcərəmi də 15 il öncə "Dumanda itən Vətən" - kitabında yayınlamışam. Yeddi göbək babalarım türk oğlu türkdür. Türk olmağımla hər zaman qürur duymuşam. Səni üzmək zorundayam. Soyumda heç qanı qarışıq yoxdur. Məni bilənlər bilirlər ki, mən hər zaman sözümün əri olmuşam. Türk milliyətçisiyəm. Bu nə zamana, nə də məkana görə dəyişməz. Elçibəylə bağlı sözlərində də səmimi deyilsən. Əgər gerçəkdən Elçibəyi sevsəydin, illər uzunu onu söyən və ona xəyanət edən adamların sözçülüyünü yapmazdın. Elçibəyi özünə qalxan etmə, o bir türk böyüyüydü. Onda türk əxlaqı vardı. Mənə atdığın bu böhtanlara görə sənin başına dünyanı dar edərdi. Mənim qohumlarımın kim olduğunu araşdırmadan öncə bir öz soy-kökünə bax. Gör orada erməni qarışığı varmı?

Azərbaycanda goreşənlik edəcəyinə, bax gör Türkiyədə türk soyundan olan nə qədər nazir, baş nazir və cumhur başqanı var. Bizdə dövlətin məqamlarına sayğılı olurlar, yoxsa ölkənin başında durmuş, ona xidmət göstərmiş və dünyasını dəyişmiş bir dövlət adamını sənin kimi söyüş söyüb təhqir etmirlər. İllərdir Azərbaycana düşmən mövqeyində durmusan. Kim Heydər Əliyevlə bağlı bir kəlmə yaxşı mənada söz söyləyibsə, elə bil sənin anana, arvadına söyür. Həmən iftira maşınını işə salırsan. Buradan sənə yüzlərlə qatı açılmamış söyüş göndərərdim, amma bunu zəif və cahil adamlar edər. Bu mənim işim deyil. Sənə buradan səslənirəm. Mənimlə bağlı irəli sürdüyün o ittihamları sübut edəcək faktları ortaya qoymasan, səndən şərəfsiz adam elə sən özünsən. 

Heydər Əliyev Azərbaycanın prezidenti olub. Böyük dövlət adamı, ölkəmi təmsil edən atributlardan biri olub. Əlbəttə, Türkiyədə və başqa yerlərdə sənin kimilərin onu təhqir etməsinə imkan verməmişəm. Çünki  mənim dövlət məqamına sayğım var və türk əxlaqından danışanın bunu bilməsi gərəkdir. Qaldı ki, günlərdir, iftira maşınlarını işə salaraq öz çirkablarını bizə atmak istəyən, sözdə "bəy" və "xanımlara" onların da kim olduğunu öyrəndikdən sonra içim çox rahatladı. 
Necə deyərlər, "dinimə söyən müsəlman olsa barı". 

Avropada yaşayan və Əli Kərimlinin silahdaşlığını yapan jurnalistin, xanımının kaseti yayımlanıb. Məni söyən və mənə sus deyən xanımın isə kaseti sosial mediada dolaşırmış. Sizin əxlaq meyarınızın ölçüsü budurmu?

Avropaya sığınaraq, məni söyən "vətən sevərlər", orada erməni və Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarının işğalı barədə bir yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi?

Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda ermənilərdən öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik? Bir erməni siyasətçi, bir erməni alim, qəzet yazarı göstərin ki, sizin qədər dövlətini, millətini və onun qadınını aşağılasın. İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri zülümlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların başında duran siyasətçilər Azərbaycan iqtidarına iddialı olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə etməyi düşünürsünüz? Allah bu milləti o gündən qorusun. Qaldı ki Yasəmən xanımın adını çəkdiyi liderlərə, konkret olaraq İsa Qəmbərə və onun şəxsiyyətinə, hər zaman hörmətlə yanaşmışam. Bunu hər kəsdən yaxşı o bilir. Yasəmən xanımın səmimiyyətinə şübhə etmirəm, o tam başqa bir şey demək istəyirdi, olmadı. O düşündü ki, sağlam bir siyasi müzakirə aça bilər. Əminəm, düşündü ki, bəlkə, illər keçdikcə adlarını çəkdiyi adamlar yaşa dolublar, olqunlaşıblar və onlarla hansısa bir masanın arxasında oturub, ölkə, millət məsələsini müzakirə edə bilər və ya siyasi polemikaya girə bilər. Amma o daha bilmir ki, bu mümkün deyil. Alim xanım haradan bilsin ki, müdafiə etdiyi cəbhənin insanları üçün muxtəlif fikirlərə, söz azadlığına yer yoxdur. Orada ya bizdən olacaqsan, ya da səni linç etmə kampaniyası başladacağıq. Nə yazıq ki, Yasəmən xanım, zaman məni haqlı çıxartdı. Çoxları indi əllərini ovuşdura-ovuşdura gözləyirlər ki, mən Yasəmən xanım haqqında bir şeylər yazacam. Orada bir az durun! O, fikrini dedi, mən də cavabını verdim və məsələ bununla da bitdi. Nəinki söz demək, ona daş atanın başına mən qaya tullayaram. Sizdən fərqli olaraq mənim türk anasına sayğım sonsuzdur. Hələ ki bu bir bilim adamı ola.

Sonda onu demək istəyirəm ki, iftirayla, yalanla üzərimizə nə qədər gəlsəniz də unutduğunuz bir şey daha var. Yalanın ömrü çox, həm də çox az olar. Gerçəklər gec-tez yerini tapacaq. Məni sevindirən bir o oldu ki, deməli, çox möhtəşəm bir konfransımız olub ki, bu qədər səs-küyə səbəb oldu. Deməli, yola davam...

Siz bizə ayaq bağı ola bilməzsiniz. Biz bu yola baş qoyanda sizi və yalanlarınızı gözə almışdıq. Hər zaman dövlətimin və millətimin yolundayam, yanındayam. Allah bizi şeytanın şərindən uzaq eləsin. Sizi isə inancınız varsa, Allaha həvalə edirəm. Namərd dostun olunca, mərd düşmənin olsa yaxşıdır.

İnterpress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Şıxov çimərliyində iyrənc olay – TURİSTİ PALTARSIZ QOYDULAR

23 İyul 2017 20:29

İranda qatar relsdən çıxdı: 7 yaralı

23 İyul 2017 20:28

Sumqayıtda güclü yanğın: 8 ailə çətin durumda - VİDEO

23 İyul 2017 20:22

Mingəçevir sakini evində 50-dən çox pişik saxlayır - VİDEO

23 İyul 2017 20:22

Hz. Əlinin qılıncı neçə başlı idi?

23 İyul 2017 20:22

Bərdədə bir nəfər Kür çayında batıb

23 İyul 2017 20:20

Avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə - səbəb kondisionerdir - VİDEO

23 İyul 2017 20:17

Bakıda turistin həyatını xilas edən polis danışdı - VİDEO

23 İyul 2017 20:17

Dizləriniz niyə xırçıldayır?

23 İyul 2017 20:17

Bu binada 400-ə yaxın ailə 3 ildir liftsiz qalıb - VİDEO

23 İyul 2017 20:17

Bakıda yeni dələduzlar peyda olub - ALDANMAYIN - VİDEO

23 İyul 2017 20:17

Dəridə qaşıntı nədən olur?

23 İyul 2017 20:12

Ağcabədidə pambıq sahələri susuz qalıb - VİDEO

23 İyul 2017 20:12

300-dən çox ailənin yaşadığı binaya isti su verilmir - VİDEO

23 İyul 2017 20:12

Qadın boksçularımız AVRO-2017-də 3 medal qazandı

23 İyul 2017 20:09

Tovuzda iki minik avtomobili toqquşub

23 İyul 2017 20:05

Xəzərdə batan 2 nəfər xilas edilib

23 İyul 2017 20:05

Alman gözəl Kannda dincəlir - FOTO

23 İyul 2017 20:05

Çoxallahlıq hansı dəlillərlə inkar olunur?

23 İyul 2017 19:57

Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib

23 İyul 2017 19:55

Tovuzda iki avtomobil toqquşdu

23 İyul 2017 19:53

Kür çayında 1 nəfər batıb

23 İyul 2017 19:52

"Administrasiya Rusiyaya qarşı sanksiyaları dəstəkləyir" - Sara Sanders

23 İyul 2017 19:52

Fitva nə deməkdir?

23 İyul 2017 19:52

Hermofroditizm nədir?

23 İyul 2017 19:47

Məhəmməd peyğəmbər kimdir?

23 İyul 2017 19:42

Bakıda qəribə hadisə: avtomobilin şüşə tavanını çəngəl-bıçaqla deşdilər

23 İyul 2017 19:39

Əfqanıstanda azı 34 "Taliban" üzvü məhv edilib

23 İyul 2017 19:37

Rəfiqələr çimərlikdə əyləndilər - FOTO

23 İyul 2017 19:32

"Taliban"a AĞIR ZƏRBƏ: 34 ölü, 30 yaralı

23 İyul 2017 19:28

Parkda sevişən cütlük hücuma məruz qaldı -

23 İyul 2017 19:28

Peyğəmbər və səhabələri bütləri və pirləri necə dağıtdılar?

23 İyul 2017 19:22

Böyrək sindromu ilə hemorragik qızdırma

23 İyul 2017 19:17

Bərdədə 1 nəfər Kürdə batıb

23 İyul 2017 19:14

Allergiyanın əlamətləri nələr ola bilər?

23 İyul 2017 19:12

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

23 İyul 2017 19:07

Eli Saabdan yeni kolleksiya - FOTO

23 İyul 2017 19:05

Dalğıclar dənizdə xəzinə tapdı -

23 İyul 2017 19:02

İndoneziyada güclü zəlzələ

23 İyul 2017 18:53

Ağdamın icra başçısı: "Ermənistan ordusu hər gün rayonun işğal altında olan ərazilərinə od vurur"

23 İyul 2017 18:52

Dünyanın ən sakitləşdirici musiqisi: Weightless

23 İyul 2017 18:52

Belə də olur: Nənə öz nəvəsini dünyaya gətirdi - FOTO

23 İyul 2017 18:47

Çində tikinti kranı aşıb -

23 İyul 2017 18:42

Bakıda marşrut avtobusu qəza törədib: xəsarət alan var

23 İyul 2017 18:39

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

23 İyul 2017 18:37

Dəniz Sekidən 3 il sonra bir ilk - FOTO

23 İyul 2017 18:32

Tarixi binada yoqa studiyası - FOTO

23 İyul 2017 18:32

"Qarabağ"ın ilk fan-şopu açıldı

23 İyul 2017 18:28

Kənan istirahətinə mane oldu - FOTO

23 İyul 2017 18:27

"Qarabağ" Şəhidlər Xiyabanında - FOTOLAR

23 İyul 2017 18:27