Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Britaniya "Brexit"dən ildə 82 mlrd. dollar itirəcək

Britaniya "Brexit"dən ildə 82 mlrd. dollar itirəcək

Date: 11 October 2016 11:07

Bakı. 11 oktyabr. REPORT.AZ/ Böyük Britaniya "sərt" ssenari ilə Avropa İttifaqından (Aİ) ayrılmaq istəsə, o zaman vergi gəlirlərindən ildə 66 mlrd. funt sterlinq və ya 82 mlrd. ABŞ dolları itirə bilər. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı "The Times" qəzeti B.Britaniya hökumətindəki mənbələrə əsasən verib.
"Sərt" ssenarinin, yəni Aİ ilə iqtisadi əlaqələrin maksimal dərəcədə azaldılması durumunda Britaniyanın ÜDM-i cari qiymətindən 9,5% az olacaq. "Oliver Wyman" konsaltinq şirkətinin hesablamalarına görə, Britaniyanın maliyyə sektoru "Brexit"in "sərt" ssenarisi durumunda ildə 38 mlrd. funt sterlinq və ya 47 mlrd. dollar itirə bilər.
Xatırladaq ki, Britaniya funt sterlinqi dollarla müqayisədə son bir həftədə 4,3% ucuzlaşaraq 1,2310 USD/GBP səviyyəsinə kimi geriləyib. "Report"un analitik qrupu məzənnənin 1,15 USD/GBP səviyyəsinə qədər azalacağını proqnozlaşdırır. Buna səbəb Britaniyanın uçot dərəcəsini 0%-ə endirməsi, monetar ekspansiyanı artırması və ABŞ-da uçot dərəcəsinin yüksəldilməsi ehtimallarıdır.

Tags:  Britaniya Brexitdən ildə 82 mlrd dollar itirəcək

RƏYLƏR


Top news