ÇEXİYA - AZƏRBAYCAN: Ostravada tarix yazılacaqmı?

ÇEXİYA - AZƏRBAYCAN: Ostravada tarix yazılacaqmı?
11:08 11 Oktyabr 2016
211 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək. Bu dəfə rəqib Çexiya yığması olacaq.

Publika.az xəbər verir ki, C qrupunun 3-cü turunun görüşü Çexiyanın Ostrava şəhərində olacaq. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda səfər qarşılaşmasından sərfəli nəticə ilə dönəcəyi halda daha bir tarixi uğura imza atacaq. Seçmə mərhələnin ilk oyununda San Marinonu (1:0), ardınca Norveçi məğlub edən (1:0) milli komanda tarixində ilk dəfə seçmə tsiklə ardıcıl iki qələbə ilə start verib. Bu dəfəki səfər qarşılaşmasında da 3 xal əldə olunacağı təqdirdə Azərbaycan futbolunda yeni tarix yazılacaq. Nəticədə milli 12 xalla ilk pillədəki mövqeyini möhkəmləndirmiş olacaq.

Azərbaycanla eyni xala malik Almaniya yığması 4 xalı olan qrup üçüncüsü Şimali İrlandiyanı qəbul edəcək. Bu səbəbdən səfər oyununun nəticəsindən asılı olmayaraq millinin qrupdakı mövqeyi dəyişməyəcək.

Komandaların yolları bugünədək cəmi bir dəfə kəsişib. 2009-cu ildə BƏƏ-də keçirilmiş yoldaşlıq görüşü millinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, milli komanda növbəti oyununu noyabrın 11-də Şimali İrlandiyaya qarşı keçirəcək. Belfastda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

DÇ-2018. Seçmə mərhələ, 3-cü tur

11 oktyabr

C qrupu

22:45 Çexiya - Azərbaycan

Baş hakim: Matey Yuq

Yan xətt hakimləri: Tomaj Klançnik, Manuel Vidali

Dördüncü hakimlər: Mitya Jqanets (hamısı Sloveniya)

Ostrava. "Uindzor Park"

Almaniya – 6, Azərbaycan – 6, Şimali İrlandiya – 4, Çexiya – 1, Norveç – 0, San Marino – 0.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR