Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tələbə qız məhkəməyə sübut kimi alt paltarlarını göstərdi - FOTO

Tələbə qız məhkəməyə sübut kimi alt paltarlarını göstərdi - FOTO

Date: 11 October 2016 11:22

İnternetdə İŞID üzvü ilə tanış olub ona ərə getmək üçün Suriyaya yollanan rus qız məhkəməyə çıxarılıb.

Milli.Az "Sözcü"yə istinadla bidlirir ki, o, məhkəmədə Suriyaya sadəcə ailə qurmaq üçün getdiyini söyləyib.

Universitet tələbəsi Varvara Karaulova İŞİD-ə qoşulmaqda günahlandırılır.  Fəlsəfə ixtisası üzrə təhsil alan 20 yaşlı rus qız Moskvada çıxarıldığı məhkəmədə haqqında deyilənlərə etiraz edib.

"Daily Mail" qəzetinin xəbərinə görə, Karaulova ifadəsində internetdə tanış olduğu və aşiq olduğu radikal dinçi Airat Samatov ilə ailə qurmaq üçün Suriyaya getmək istədiyini söyləyib.

Terrorçu, ya da canlı bomba olmaq kimi niyyəti olmadığını bildirən Karaulova özü ilə Suriyaya  "Vlad" adıyla tanıdığı Samatovun diqqətini çəkmək üçün seksual alt paltarı apardığını söyləyib.

Məhkəmədə qızın anası da ona dəstək olub.

"Qızım səyahət üçün açıq-saçıq paltarlar, bəzəkli alt paltarları, seksual corablar alıb. Sizcə, cihada hazırlaşan gənc qız niyə belə şeylər etsin ki?"

Milli.Az













Tags:  Tələbə qız məhkəməyə sübut alt paltarlarını göstərdi FOTO

RƏYLƏR


Top news