Məşhur bloqer Bakıdan yazdı: "Bu necə piyada keçidləridir belə?!" - FOTO

Məşhur bloqer Bakıdan yazdı: "Bu necə piyada keçidləridir belə?!" - FOTO
11:37 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Bakı gözəl şəhərdir. Lakin yollarda nəqliyyat daha məntiqli şəkildə idarə olunmalı, piyadalar barədə daha ciddi düşünülməlidir".

Milli.Az bildirir ki, Rusiyanın ən məşhur bloqerlərindən olan İlya Varlamov Bakı haqqında fotoreportajlar seriyasını bu sözlərlə başa vurub.

"Bakıda, deyəsən, piyadaların harada və necə gəzəcəyi barədə kimsə fikirləşmir. Yəqin, Bakı Meriyasından kimsə şəhəri piyada gəzməyib. Piyada keçidlərinin tam əksəriyyəti əsla düşünülməmiş şəkildə hazırlanıb. Əksər yerlərdə isə ümumiyyətlə, piyada keçidləri yoxdur. Yəni yolu hansısa Afrika ölkəsində olduğu kimi qaçaraq keçmək gərəkdir. Özü də belə mənzərə şəhərin mərkəzindədir. Bakıda bu problemləri təcili həll etmək gərəkdir. Axı bu necə piyada keçidləridir belə?!" - İ.Varlamov yazıb.

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/478264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR