Azərbaycanla BƏƏ arasında hərbi sahədə əməkdaşlıq məsələsi müzakirə olunub

Azərbaycanla BƏƏ arasında hərbi sahədə əməkdaşlıq məsələsi müzakirə olunub
11:42 11 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərdəki səfir Daşqın Şikarov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bavardi ilə görüş keçirib.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan-BƏƏ əlaqələrindən söhbət açan səfir bildirib ki, iki ölkə bir-birinə yüksək səviyyəli siyasi əlaqələrlə bağlıdır.
O qeyd edib ki, Azərbaycan rəhbərliyi BƏƏ ilə ikitərəfli əlaqələri bütün sahələrdə inkişaf etdirmək niyyətindədir.
Qarşılıqlı əməkdaşlıq sahələrinə nəzər salan səfir müdafiə sektorunda işbirliyi üçün qarşılıqlı maraqdan qaynaqlanan yaxşı imkanların mövcud olduğunu xüsusilə vurğulayıb, həm Azərbaycanın, həm də BƏƏ-nin hərbi sənaye seqmentində yaxşı nəticələr qazandıqlarını önə çəkib.
Həmçinin Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, eləcə də qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanda ordu quruculuğu yönündə görülən işlər barədə qarşı tərəfə ətraflı məlumatlar təqdim edilib.
BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri M.Əl-Bavardi iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu barədə səfirlə həmfikir olduğunu bildirərək, BƏƏ rəhbərliyinin Azərbaycan daxil olmaqla, bütün dost ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb və bu işdə qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu deyib. 
Nazir bu ilin 27-30 sentyabr tarixlərində Bakı şəhərində keçirilən “ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisində iştirak məqsədilə Azərbaycana rəsmi səfər etdiyini xatırladıb və hərbi sahədə əməkdaşlıq yollarının araşdırılması üçün Azərbaycan nümayəndə heyətinin tezliklə Əbu-Dabiyə səfər edəcəyini və növbəti mərhələlərdə intensiv səfər mübadilələrinin baş verəcəyini istisna etməyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycanla-bee-arasinda-herbi-sahede-emekdasliq-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR