Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış aparıcı: "Mən aşırı şıltaq olmamışam" - FOTO

Tanınmış aparıcı: "Mən aşırı şıltaq olmamışam" - FOTO

Date: 11 October 2016 11:42

"Televiziyada topladığım təcrübə bu gün işimdə mənə çox kömək olur". Tədbirlərin birində tanınmış teleaparıcı Leyla Quliyeva primetime.az-ın fotokamerasına tuş gəlib. Obyektivin qarşısına keçib şəkil çəkdirdikdən sonra aparıcı ilə ayaqüstü söhbət də etdik:

-Leyla xanım, işləriniz necə gedir?

-AzTV telekanalında aparıcı olduğum iki layihə yayımlanır. Artıq yeni mövsümə start vermişik. Hər iki veriliş intelektual layihədir. Birində məktəblilər, o birində nisbətən yaşlı nəslin nümayəndələri iştirak edirlər. Görünmürəm desəm, düzgün çıxmaz. Həftədə iki dəfə efirdə oluram, tədbirlərdə iştirak edirəm.

- Ciddi layihələrə aparıcılıq etmək sizi yormur ki?

- Yorğunluqdan söhbət belə gedə bilməz. Məncə, hər bir aparıcı özünü müxtəlif layihələrdə sınamalıdır. Özümə gəlincə, bacardığım qədər çalışıram ki, tamaşaçı marağına səbəb olan verilişlərdə kamera qarşısına keçim. İllər ərzində musiqili proqram və konsertlərdə aparıcılıq edirəm. İndi də tədbirlərə dəvət olunuram. Yəni, o ampluanı qoruyub, saxlamışam. Amma düşündüm ki, başqa sferaya keçmək də məndə pis alınmaz. Potensial və imkanlarımı yaxşı bilirəm. Əslində mənə təklif olunanda özümü ciddi intellektual aparıcı obrazında görmürdüm. Və mən özümü sınamaq qərarıma gəldim. Deyilənə görə, pis də alınmayıb. Verilişin məramına uyğun dəyişə bilirəm.

-Ciddilik şəxsi həyatınızla bağlı deyil ki?

-Yox, çox şükür ki, şəxsi həyatım necə idisə, hazırda da elə davam edir.

- Belə çıxır ki, qadağalar sizdən uzaqdır...

- Həyat insanı davamlı olaraq dəyişir. Dəyişmirsə, deməli, problem həmin adamın özündədir. İrəli addımlamaq lazımdır ki, uğur əldə etmək də çətinləşməsin. Mən həmişə eyni yolda addımlayıb, eyni cür veriliş apara bilməzdim. Bir müddət bir üslubda oldum. İndi də daxili xarakterimi qoruyub, saxlamaq şərti ilə sadəcə verilişin formatı dəyişdi. Amma sizə bir söz deyim ki, mən aşırı şıltaq olmamışam. Heç bir verilişdə yumor və əyləncənin ardınca qaçmamışam. Ola bilsin ki, müəyyən qədər musiqili konsertlərə aparıcılıq edəndə konsepsiyaya uyğun olaraq çox səmimiyyət sərgiləmişəm. Bu, heç bir şəkildə qatı şıltaqlıq kimi qələmə verilə bilməz. Sahib olduğum xarakterimi hər zaman qoruyub, saxlamışam.

-Nə vaxtsa "mən artıq aparıcı olmaq istəmirəm" deyib, studiya işıqları ilə vidalaşa bilərsiniz?

- Aparıcılıq mənim peşəm deyil. İxtisasca musiqiçi, dirijoram. Bunu mənim yaxınlarım bilirlər. Hazırda "PR marketinq" sahəsində çalışıram. Aparıcılıq sadəcə mənə yaxın olan və məni tanıdan sahədir. Yaxın gələcəkdə nələrin baş verə biləcəyini proqnoz etmək çox çətindir. Özümə arxayın olduğum üçün bilirəm ki, hansı sahədə çalışsam, uğur mənimlə olacaq. Amma aparıcılıqla vidalaşmaq kimi niyyətim yoxdur.

Milli.Az









Tags:  Tanınmış aparıcı Mən aşırı şıltaq olmamışam FOTO

RƏYLƏR


Top news