Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Fəthullah Gülən evlənir

Fəthullah Gülən evlənir

Date: 11 October 2016 11:48

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin evlənmək barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi”nin yazarı Fuat Uğur bildirib.

Onun sözlərinə görə, Gülən iyulun 15-dəki hərbi çevriliş cəhdindən sonra uzun illər yanında yer alan Cövdət Türkyolunu yanına çağıraraq niyyətini dilə gətirib. Deyilənə görə, Fətullah çevriliş cəhdinin 100 faiz müvəffəqiyyətli olacağına inandığı üçün həyat yoldaşını 6 ay əvvəlcədən müəyyən edib.

Bir vaxtlar “Zaman” qəzetinin Şərqi Anadolu bölgəsi nümayəndəsi Ümit Akdemirə istinad etdiyini deyən Uğur Gülənin Hillari Klinton ABŞ prezidenti olacağı halda seçkidən sonra evlənəcəyini, əks halda sürgün ediləcəyi ölkədə evlənəcəyini bildirib.

Ömər Dağlı


Tags:  Fəthullah Gülən evlənir

RƏYLƏR


Top news