Kərə yağı alarkən bunlara diqqət edin, yoxsa...

Kərə yağı alarkən bunlara diqqət edin, yoxsa...
11:53 11 Oktyabr 2016
170 Digər
Ölkə mətbuatı
A- A+

Kərə yağı ən çox istifadə olunan məhsullardandır. Xüsusilə azərbaycanlılar qida rasionunda, mətbəxdə geninə-boluna kərə yağı işlətməyi sevirlər. Yəqin, bu səbəbdəndir ki, bazarın işbazları da çoxdur. Hazırda ölkənin dükan və marketlərində 50-dən çox çeşiddə kərə yağı satılır. Bu əmtəələrdən hansının təmiz kərə yağı olmasını müəyyən etməksə alıcı üçün həmişə çətin iş olaraq qalır. Bəs kərə yağının təbii və təmiz olduğunu necə anlamaq olar?

Oxucularımıza bu işdə Publika.az-ın yeni “Ayırtman” layihəsi yardımçı olacaq.

Nə qədər yağ yeyirik?

Картинки по запросу kərə yağı

Statistik cədvəl göstərir ki, yağ Azərbaycan xalqının ən çox yediyi 10 məhsuldan biridir. Məsələn, minimum istehlak səbətinə əmək qabiliyyətli əhali üçün il ərzində adambaşına 7 kq kərə yağı daxildir. Pensiyaçılar üçün bu rəqəm 5,8 kq, uşaqlar üçün (0-15 yaş) 6 kq nəzərdə tutulub. Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 2015-ci il üzrə adambaşına yağ istehlakı 10,4 kq göstərilib. Kərə yağının satış həcmi isə ticarət dövriyyəsində 3,85 faiz olub. Ümumilikdə Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı 35 min ton dəyərləndirilib. Bunun da üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Gömrük rəqəmləri göstərir ki, son bir ildə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı artıb. 9 718.91 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Hansı ki, 2015-ci ilin 8 ayında həmin rəqəm 7 676.76 ton idi.

Keyfiyyətli yağ necə olmalıdır?

Onu da bildirək ki, ölkəmizə kərə yağı əsasən Yeni Zelandiya, Rusiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Bu yağların da keyfiyyətli olmasına hər kəs təminat vermir. Çünki bir müddət əvvəl Rusiyanın Fitosanitar Xidməti kərə yağının saxtalaşdırılması ilə bağlı araşdırma yaymışdı. Orada yağın istehsalı zamanı süd yağının bitki yağı ilə əvəz edildiyi, yaxud ona marqarin və başqa hidrogenizə olunmuş yağlar əlavə edildiyi qeyd olunurdu. İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, gündəlik istehlak etdiyimiz kərə yağı tərkibinə görə 72-83 faiz yağ, 16-25% su və 1% quru yağsız süd qalığı olan qatılaşdırılmış süd məhsuludur. Kərə yağında mineral maddələr, vitaminlər, xolesterin və s. var. Məhz bunlar da ona xüsusi dad və ləzzət verir. Kərə yağının duzlu, duzsuz, həvəskar, kəndli, pəhriz, əridilmiş və s. növləri var. Yağın keyfiyyətinə gəlincə, bu orqanoleptik və kimyəvi göstəricilərinə görə qiymətləndirilir. Keyfiyyətli kərə yağı xarakterik təmiz dada və qoxuya malik olmalıdır.

Keyfiyyətsiz kərə yağını necə tanımalı?

Картинки по запросу kərə yağı

Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır. Ekspertlər deyir ki, inək südündən hazırlanmış təbii yağı ilk növbədə onun qiymətinə əsasən müəyyən etmək olur. Bu yağlar bütün digər əvəzedicilərdən bahadır. Qiymət məsələsində şübhəni aradan qaldırdıqdan sonra isə mağazada yağı yoxlamaq üçün bunlara diqqət edin:

- məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ;

- təbii kərə yağı toxunduqda möhkəm olmalıdır;

- inək yağı paketini açdıqda paketə bulaşmır. Həmçinin, də kəsəndə bıçağa yapışmır, bıçaqda qalmır.

Yağın saxta olduğunu ev şəraitində də müəyyən etmək olar:

- əgər təbii yağdırsa, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir;

- təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə, əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi tezcə yumşalmır.

Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.

- keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur.

- kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.

- əsl kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.

Yağla bağlı standart

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, "Kərə yağı" standartı beynəlxalq "Codex" standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir.

Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda -yağ emulsiya tipli formaya malik yağ məhsuludur.

Əsas tərkibi və keyfiyyət göstəriciləri:

3.1. Xammal

a) süd və ya süddən alınmış məhsullar.

3.2. İcazə verilən inqrediyentlər

a) xörək duzu

b) təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar

c) içməli su.

3.3. Tərkibi

a) minimum süd yağının miqdarı - 80% m/m

b) maksimum su miqdarı - 16% m/m

c) maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı - 2% m/m

Markalanma

Komitənin məlumatına görə, markalanma zamanı məhsulun adı "Kərə yağı" olmalıdır. "Kərə yağı" adı müvafiq xüsusiyyətlərlə birlikdə 95% yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması qeyd edilir.

Yağ necə saxlanmalı və daşınmalıdır?

Картинки по запросу kərə yağı

İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən deyilir ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhluluyla isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5ºC-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində isə yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır.

O da deyilir ki, yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var. Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 -mənfi 3ºC temperaturda 1 ilə qədər saxlanıla bilər.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qarabağ" və digərləri - SİYAHI

24 Avqust 2017 01:37

Ermənistanda vəkillər aksiya keçirəcək

24 Avqust 2017 01:35

"Qrabağ"dan sonrakı 4 xoşbəxt

24 Avqust 2017 01:27

"Qarabağ"ın tarixi uğuru -

24 Avqust 2017 01:25

Çempionlar Liqası - Bütün səbətlər müəyyənləşdi

24 Avqust 2017 01:19

"Qarabağ"ın tarixi qələbəsi - VİDEO

24 Avqust 2017 01:17

Bakıda yanğın baş verib

24 Avqust 2017 01:12

"Qarabağ"ın rəqibləri nə vaxt müəyyənləşəcək?

24 Avqust 2017 01:07

"Qarabağ"ın zəfər selfisi - ŞƏRHSİZ

24 Avqust 2017 01:07

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib - VİDEO

24 Avqust 2017 01:03

ÇL-nin qrup mərhələsinə yüksələn bütün komandalar müəyyənləşib

24 Avqust 2017 00:57

Bakıda dənizdə batan şəxs xilas edilib

24 Avqust 2017 00:44

Azərbaycan klubu tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

24 Avqust 2017 00:37

"Tarixi məğlubiyyət"

24 Avqust 2017 00:35

Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24 Avqust 2017 00:22

Yaponiyada dəfn mərasimlərində rahibləri əvəz edəcək robot hazırlanıb

24 Avqust 2017 00:20

Rusiya səfiri ölü tapıldı

24 Avqust 2017 00:14

Rusiyanın Sudandakı səfiri ölü tapılıb

24 Avqust 2017 00:07

Sərnişin qatarı yük qatarı ilə toqquşdu - yaralılar var

23 Avqust 2017 23:59

Sakit mövsümdə doğulan müdrik cavan

23 Avqust 2017 23:53

Amerikalı alimlər istifadə müddəti bitmiş məhsulları müəyyən edən etiketlər hazırlayıblar

23 Avqust 2017 23:50

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42

Livan ordusundan İŞİD-ə ağır zərbə

23 Avqust 2017 22:33

"Kopenhagen" - "Qarabağ" - Heyətlər açıqlandı

23 Avqust 2017 22:19

Qrizman cəzalandırıldı -

23 Avqust 2017 22:14

Fındıq ən böyük ixrac məhsuluna çevrilir

23 Avqust 2017 22:03

"Kopenhagen" - "Qarabağ" -

23 Avqust 2017 22:03

"Qarabağ"ın oyununu bu kanallar göstərəcək

23 Avqust 2017 22:00

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam -

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37