Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazarbayev xəstə yatağında

Nazarbayev xəstə yatağında

Date: 11 October 2016 11:53

Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqdəymə xəstəliyi ilə əlaqədar müalicədə olunur.

Publika.az “RİA-Novosti” agentliyinə istiandən xəbər verir ki, bu haqda Qazaxıstan liderinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nazarbayev hazırda həkim nəzarətindədir.

Xatırladaq ki, Ermənistan prezidentinin mətbuat xidməti Qazaxıstan prezidentinin oktyabrın 13-də İrəvana rəsmi səfər edəcəyini xəbər verib.

Oktyabrın 14-də Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin şura iclası keçiriləcək. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirakı planlaşdırılıb.

Ömər Dağlı


Tags:  Nazarbayev xəstə yatağında


RƏYLƏR


Top news