Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində artilleriyaçıların döyüş hazırlığını yoxlayıb

Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində artilleriyaçıların döyüş hazırlığını yoxlayıb

"İsgəndər" raketi Bakıya doğru yönələrsə... (27 Mart 2017 11:06)
Müdafiə naziri ön xətdə (24 Mart 2017 15:13)
Zakir Həsənov ön xətdəki bölmələri yoxlayıb - FOTO (24 Mart 2017 14:24)

Tarix: 11 Oktyabr 2016 12:07

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar.
Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.


Teqlər:  Azərbaycanın müdafiə naziri cəbhə bölgəsində artilleriyaçıların döyüş hazırlığını yoxlayıb



RƏYLƏR


Top xəbərlər