Türkiyədə “İncirlik” hərbi hava bazasındakı Amerikanın
Hərbi Hava Qüvvələrinin komandiri polkovnik-leytenant Mixael
Kersten bütün qərarlarının İsa peyğəmbərin göstərişi ilə verdiyini
açıqlayıb.
Publika.az xəbər verir ki, amerikalı polkovnikin bu
sözləri qalmaqala səbəb olub və 100-ə yaxın amerikalı əsgər Hərbi
Dini Azadlıq Qurumuna (MRFF) müraciət edərək, Kerstenin
cəzalandırılmasını tələb edib.
ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı məsələyə qarışaraq, Kersteni
sorğu-sual edib.
Polkovnik-leytenant rəhbərlik qarşısında da bəyan edib ki,
qərarlarını İsa peyğəmbərin göstərişləri ilə verir.
Asif