Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

QHT-lərin 25-ci il toplanışı - FOTOLAR

QHT-lərin 25-ci il toplanışı -  FOTOLAR

Date: 11 October 2016 12:18

“Azərbaycanın düşmənləri ölkəmizin müstəqilliyinin qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edirdi”.

Publika.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfransda səsləndirilib.

Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov konfransda çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyi çətin yol keçib. Ölkəmizin düşmənləri ölkəmizin müstəqilliyinin qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqilliyini təhdid edən bütün təhlükələr aradan qaldırıldı.

O bildirib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyə əngəl törədəcək xeyli hadisələr baş verib, amma Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib: “Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkə inkişaf etdi, xarici ölkələrlərlə müqavilələr imzalandı. Onun səyi nəticəsində Azərbaycan dünyaya tanıdıldı. 2003-cü ildə prezident seçilən, Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkə sürətli inkişaf yolunda qədəm qoyuldu, islahatlar aparıldı. Artıq Azərbaycan dünyada güclü dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident lham Əliyev ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən üumxalq səsverməsində də sübuta yetirildi”.

1994-cü ildə müstəsna əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı. Eyni zamanda Azərbaycanın müstəqilliyi üçün təhlükə törədən qiyamlar yatırıldı. Respublikamız ümummilli liderin müəyyənləşdirdiyi siyasətlə yeni inkişaf yolunu seçdi.

Azərbaycan iyirmi birinci əsrə yeni sima və inkişaf yolu ilə daxil oldu.

Respublikamızın beynəlxalq təşkilatlara inteqrasiya ilə xarici siyasətdəki uğurlarını genişləndirib. Tədbirdə qeyd olunub ki, respublikamızın iqtisadiyyatının inkişafı ordu quruculuğunu sürətləndirib. Azərbaycanın güclü ordusu formalaşıb. Bunu silahlı qüvvələrimizin aprel döyüşlərindəki uğurları da sübut edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin tərəqqisinə təkan verib. Yüzlərlə qeyri-hökumət təşkilatı bu institutun xidmətlərindən istifadə etməklə, Azərbaycan qanunlarına əsaslanaraq sərbəst şəkildə fəaliyyət göstərir. Bu gün vətəndaş cəmiyyəti sektoru öz dövlətinin, öz prezidentinin yanındadır və onun bütün çağırışlarına, ölkədəki islahatlara hərtərəfli dəstək verir.

Konfransda daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı, müstəqil Azərbaycanın inkişafını əks etdirən qısa sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri”, “Azərbaycan Respublikasının iqtisadi inkişafı” və “Müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti” mövzularında məruzələr dinlənilib.

Milli Məclisin deputatı Elman Nəsirov ulu öndər Heydər Əliyevin diplomatik addımlarından danışıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli ulu öndərin siyasətində xüsusi əhəmiyyət kəsb edirdi. Ümummilli lider 1993-cü ildən 2001-ci ilə qədər 68 dövlətin rəhbəri ilə görüşüb. Görüşlərin sayı 485-dir. Yəni 485 görüşün hər birində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib".

Milli Məclisin depututatı əmin olduğunu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli uzaqda deyil. Konfransda çıxış edən digər şəxslər Azərbaycanın müstəqilliyi ilə bağlı fikirlərini ifadə ediblər.

Fotolar Elçin Muradındır
















Tags:  QHT-lərin 25-ci il toplanışı FOTOLAR

RƏYLƏR


Top news