Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda bu kinolara baxmaq pulsuzdur - 4 gün ərzində

Bakıda bu kinolara baxmaq pulsuzdur - 4 gün ərzində

Date: 11 October 2016 12:21

Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyi, “Kinofest” Prodüser Mərkəzinin dəstəyi ilə Rusiya Kinosu Günlərinin açılışı olub.

Rusiya kinosunun nümayəndələri – rejissor Sergey Bragin və “Kinofest” Prodüser Mərkəzinin direktoru Yuri Vasilyev iştirak etdikləri tədbirdə Renat Davletyarovun “Xalis incəsənət” filmi nümayiş olunub.

Şəhərimizin sakinləri və qonaqları oktyabrın 11-də “Qəhrəman” (rejissor Yuri Vasilyev), oktyabrın 12-də “O əjdəhadır” (rejissor İndar Cendubayev), oktyabrın 13-də “Bizim qəbiristanlıqdan olan oğlan” (rejissorlar İlya Çijikov, Anton Çijikov), oktyabrın 14-də isə “Qutu” (rejissor Edvard Bordukov) filmlərinə baxa biləcəklər.

Filmlər Nizami Kino Mərkəzinin böyük zalında, hər gün saat 18.30-da nümayiş olunacaq.

Giriş pulsuzdur.

"Azərtac"


Tags:  Bakıda bu kinolara baxmaq pulsuzdur gün ərzində

RƏYLƏR


Top news