QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfrans keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfrans keçirib
12:22 11 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş konfrans keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş film nümayiş edilib.
Bundan sonra “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri”, “Azərbaycan Respublikasının iqtisadi inkişafı” və “Müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti” mövzularında məruzələr dinlənilib.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib ki, Azərbaycan müstəqillik uğrunda çətin yol keçib: "1990-cı illərin əvvəllərində müstəqilliyə əngəl törədəcək xeyli hadisələr baş verib, amma Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkə inkişaf etdi, xarici ölkələrlə müqavilələr imzalandı. Onun səyi nəticəsində Azərbaycan dünyaya tanıdıldı. 2003-cü ildə Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkə sürətli inkişaf yoluna qədəm qoydu, islahatlar aparıldı. Artıq Azərbaycan dünyada güclü dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirildi”.
Milli Məclisin deputatı Elman Nəsirov müstəqilliyin ilk illərində baş verən hadisələrdən danışıb: "Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında əvəzolunmaz rolu var. Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində xeyli işlər görüb. Bu münaqişənin həlli nə qədər qəlizdir, hər kəsə bəllidir. Hazırda münaqişənin həlli ilə bağlı üç variant mövcuddur. Bunlardan biri beynəlxalq təşkilatların Ermənistana təzyiq etməklə sülhə məcbur etməkdir. İndiki vəziyyətdə ən yaxşı variant budur. Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana təzyiqlər var. Çünki Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur, Dağlıq Qarabağla bağlı mövqeyimiz açıqdır. Əminəm ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq”.
Tədbirdə digər iştirakçılar da çıxış edərək Azərbaycanın müstəqilliyi ilə bağlı fikirlərini bölüşüblər.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/qht-lere-dovlet-desteyi-surasi-dovlet-musteqilliyinin-25-illiyine-hesr-edilen-konfrans-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR