Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

SOCAR istiqrazlarına tələb ikiqat artıb

SOCAR istiqrazlarına tələb ikiqat artıb

Date: 11 October 2016 12:23

SOCAR tərəfindən Azərbaycan vətəndaşları və qurumları üçün 100 milyon ABŞ dolları məbləğində kütləvi buraxılmış SOCAR İstiqrazlarına 2 qatdan çox tələbat yaranmışdır.

Sentyabrın 20-dən ön sifariş toplanmasına başlanan SOCAR İstiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 milyon ABŞ dolları məbləğində buraxılan) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanmışdır.

ASAN xidmət, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank, Xalq Bank, Kapital Bank, Rabitə Bank, AzFinance, İnvestAz, Paşa Kapital və anderrayterliyi öhdəsinə götürən PSG Kapital-ın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi 12 oktyabrda, yerləşdirilməsi isə 13 oktyabrda gerçəkləşdiriləcəkdir. 14 oktyabradək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra 17 oktyabrda İkinci Bazar əməliyyatları başlanacaqdır. Bu prosesin uğurla nəticələnməsinə dəstək olan başda Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzi (MDM) olmaqla, əməyi keçən bütün qurumlara təşəkkür edirik.

Dəyəri 100 milyon ABŞ dolları təşkil edən SOCAR İstiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203 milyon 604 min ABŞ dolları sifariş toplanmışdır. Bölüşdürmə əməliyyatında üstünlük Emissiya Prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcəkdir, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaqdır.

Yekun nəticələr 14 oktyabr tarixi etibarı ilə dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələblərinin onların bank hesablarına geri qaytarılmasına başlanacaq və ən gec 18 oktyabr tarixində həmin proses sonlandırılacaqdır.

100 milyon ABŞ dolları məbləğində kütləvi buraxılmış SOCAR İstiqrazlarının fiziki və hüquqi şəxslər tərəfindən 2 qatdan çox tələbatla qarşılanması həm SOCAR İstiqrazlarına, həm də ölkəmizin kapital bazarının inkişafına göstərilən böyük marağın bariz nümunəsidir. Bu vəsilə ilə göstərmiş olduqları etimad üçün vətəndaşlarımıza və qurumlara təşəkkürlərimizi bildiririk.





Tags:  SOCAR istiqrazlarına tələb ikiqat artıb


RƏYLƏR


Top news