Tatulu siyasətçilər - FOTO

Tatulu siyasətçilər - FOTO
12:42 11 Oktyabr 2016
30 Dünya
Ölkə mətbuatı
A- A+

Hər zaman şou əhlində - müğənnilərdə, aktyorlarda görməyə alışdığımız döymələrə bəzi hallarda siyasətçilərdə də rast gəlmək mümkündür. 

Dünya idarəçiliyinin bir hissəsinə çevrilən insanlar siyasətçi və döymə uyğunsuzluğu stereotipini çoxdan qırıblar.

Milli.Az aznews.az-a istinadən döyməsi olan siyasətçilərdən bəzilərini təqdim edir:

Castin Tryudo - ilk döyməli baş nazir

Castin Tryudo öyrəşdiyimiz siyasətçi obrazına dair bütün stereotipləri qıran insandır. O, rəngli corablar geyinir, yoqayla məşğul olur, snoubordda və bangi campinqlə məşğul olur. Bundan əlavə, o, böyük döymə sahibidir. "Mənim döyməm Xayda qarğanın daxilindəki Yer planetidir. Qlobusu 23 yaşım olanda, qarğanı isə 40 yaşım olanda döydürmüşəm", - deyə baş nazir bildirib. Bu döyməni Tryudo xeyriyyə məqsədilə keçirilən boks oyununda nümayiş etdirib. 

Con Gnarr - islandiyalı siyasətçi pank

İslandiyalı komediya aktyoru, yazıçı, musiqiçi və siyasətçi olan Con Gnarr Reykyavikin keçmiş meridir. O, bədənində bir çox döymələr daşıyır. Bu döymələr arasında İslandiyanın paytaxtının gerbi, "Jolly Roger"in bayrağı, 1970-ci illərin britaniyalı pank qrupu olan "Crass"in emblemi və Texas ştatının rəsmi də yer alır. 

İrina Xakamada mənası olan döymələrə üstünlük verir

Tanınmış siyasətçi İrina Xakamadanın sağ çiynində heroqlif formasında döymə var. Bu döymə "həyat uğrunda mübarizə aparmaq bacarığı" kimi mənalandırılır. İrina üçün bu döymə özünəməxsus talismandır. İrina bir döymə ilə kifayətlənməyib. Onun qolunda ağac və quşlar şəkli də əks olunub. 

Sergey Şoyqu

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu kifayət qədər ciddi döymənin sahibidir. Moskanın aparıcı tatu salonlarından birinin ustasının sözlərinə görə, Sergey Şoyqu və onun müavinləri eyni döymə döydürüblər. Döymənin əsasını SOS təşkil edir. O hərfi Yer formasında hazırlanıb. S hərflərindən birinin üzərində döymə sahibinin qan qrupu əks olunub. Döymə bir tərəfdən "Rusiya Fövqəladə Hallar Nazirliyi", digər tərəfdən isə ingiliscə "Xilasetmə xidməti"dir. 

Stefaniya, Monako şahzadəsi

Monaka knyazı III Rene və hollivud aktrisası Qreys Kellinin kiçik qızları Stefaniya bədənini döymələrlə örtməyi çox sevir. Onun belində S hərfi formasında ilan döyməsi var. Şahzadənin sağ biləyində günəş simvolu ilə qolbaq döyülüb. Bundan əlavə, Stefaniyanın belində, topuğunda və qarnında da döymələr var. 

Kerolayn Kennedi özünə mini-döymə üçün icazə verib

ABŞ-ın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri, prezident Kennedinin qızı Kerolayn hələ 70-ci illərdə Honkonqa səfəri zamanı sağ qoluna kiçik kəpənək formasında döymə etdirib. 

İosif Kobzon çiynindəki qartalı qürurla nümayiş etdirir

Rusiya Dövlət Dumasının deputatı, müğənni İosif Kobzon sol çiynindəki qartal formasında olan döyməsini nümayiş etdirməkdən çəkinmir. Gəncliyində Kobzonun döymələrinin sayı çox olub: özünün və yaxın dostlarının inisialları, barmağında üzük, "doğma anamı unutmayacağam" yazısı. Lakin o, məşhur müğənni olanda dövrün tələbləri üzündən bu tatuları sildirmək məcburiyyətində qalıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR