Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabahdan hava soyuyacaq - XƏBƏRDARLIQ

Sabahdan hava soyuyacaq - XƏBƏRDARLIQ

Date: 11 October 2016 12:43

Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 12-də mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-22° isti olacağı gözlənilir. Bakıda gecə 15-17° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillər zəif və mülayim tərəddüdlü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Tags:  Sabahdan hava soyuyacaq XƏBƏRDARLIQ

RƏYLƏR


Top news