Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Temperatur düşəcək, yağış yağacaq - xəbərdarlıq

Temperatur düşəcək, yağış yağacaq - xəbərdarlıq

XƏBƏRDARLIQ: hava kəskin soyuyacaq, qar yağacaq (27 Mart 2017 12:38)
Soyuqlar geri QAYIDIR - XƏBƏRDARLIQ (21 Mart 2017 11:38)
Hava pisləşəcək: yağış, qar yağacaq - XƏBƏRDARLIQ (10 Mart 2017 12:38)

Tarix: 11 Oktyabr 2016 12:46

Sabah - oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Axşam.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 12-də mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 15-17, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, oktyabrın 12-13-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 12-13-də Abşeron yarımadasında meteoroloji amillər zəif və mülayim tərəddüdlü əsasən əlverişli olsa da, havada rütubətin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Teqlər:  Temperatur düşəcək yağış yağacaq xəbərdarlıq



RƏYLƏR


Top xəbərlər