Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Merkel Putini şam yeməyinə dəvət etdi

Merkel Putini şam yeməyinə dəvət etdi

Date: 11 October 2016 12:52

"Normandiya dördlüyü"nə daxil olan ölkələrin dövlət başçılarının görüş vaxtı məlum olub.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov "Europe 1" radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, görüş oktyabrın 19-da Berlində baş tutacaq. 

Səfirin sözlərinə görə, Almaniya kansleri Angela Merkel ölkə liderlərini həmin gün Berlində axşam yeməyinə dəvət edib.

Qeyd edək ki, "Normand dördlüyü" Almaniya, Ukrayna, Fransa və Rusiyadan ibarətdir.

Milli.Az


Tags:  Merkel Putini şam yeməyinə dəvət etdi


RƏYLƏR


Top news