Azərbaycan Ordusunun düşməni məhv edəcək öldürücü silahı – FOTO/VİDEO

Azərbaycan Ordusunun düşməni məhv edəcək öldürücü silahı – FOTO/VİDEO
12:53 11 Oktyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “The National İnterest” nəşri Rusiya və Amerika arasında mümkün müharibədə tətbiq olunacaq 10 öldürücü silahla bağlı material yayımlayıb.

Publika.az
xəbər verir ki, siyahıda olan silahlardan birinin Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olması diqqət çəkir.

T-90 tankı

Nəşr bunun öldürücü silah olduğunu yazıb. Bu tanklar Rusiyanın zirehli maşınları sırasında “Armata” istisna olmaqla ən müasiridir. “Armata” hələ istehsal olunur və silah arsenalına daxil edilməyib. T-90 SSRİ-nin tankı olan T-72-nin müasirləşdirilmiş formasıdır. T-72 müasirləşdirilərək, T-80 ilə əvəz olundu. Lakin çeçen müharibəsində T-80-nin uğurlu olmadığı ortaya çıxdı. Bundan sonra Rusiya hərbi kompleksi T-90 tankının istehsalına başladı.

T-90 Qərbin “Bəbir-2”, yaxud M1A2 “Abrams” kimi tanklarına alternativ hesab olunur. T-90 aşkarlama və idarəetmə sisteminə malikdir. Həmçinin, güclü müdafiə sistemi var.

Nəşrin məlumatına görə, T-90 tankları Azərbaycan, Türkmənistan, Əlcəzair, Uqanda və Hindistan ordusunda da var. Hazırda Moskva T-90MS adı ilə tankın təkmilləşdirilmiş versiyasını təklif edir.

Asif





Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR