Telman Adıgözəlovun oğlu: "Atam səhv diaqnozdan öldü" - FOTO

Telman Adıgözəlovun oğlu: "Atam səhv diaqnozdan öldü" - FOTO
12:57 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Prezident inşaat işçilərini təltif edib - SİYAHI (10 Aprel 2017 18:19)
İnşaat işçilərinə “Əməkdar mühəndis” fəxri adı verildi (10 Aprel 2017 18:03)
Azərbaycanlı müğənni ana oldu (20 Mart 2017 15:40)

Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov teleqraf.com-un suallarını cavablandırıb.
 
- 6 ildir ki, Telman Adıgözəlov aramızda yoxdur. Sizin hisslərinizi bilmək, sizin dilinizdən atanızı xatırlamaq və xatırlatmaq istərdik.
 
-Çox sağ olun. Onun haqqında danışmaqdan heç zaman qaçmamışam. Nə vaxt dəvət ediblər, çağırıblar, qəbul edib məmnuniyyətlə suallara cavab vermişəm. Atam zarafatcıl, mehriban, insanlara dəyər verən adam idi. Evdə ata, səhnədə bir aktyor idi. Evdə heç vaxt işdən danışmazdı. Səhnədə nə qədər zarafatcıl, deyib-gülən olsa da həyatda bir o qədər ciddi, mehriban, sadə idi. 
 
İnsanlarla ünsiyyət qurmağı sevirdi. Onun üçün insan faktoru çox önəmliydi. Deyirdi ki, nə qədər dostum, tanışın çox olsa, o qədər yaxşıdır. Sevmədiyi insanlarla bir araya gəlmirdi. O insanlar da çox az idi. 
 
-Məşhurluğunu nə vaxt hiss etdiniz?
 
-Elə uşaqlıqdan... Atamla harayasa gedəndə hamı onu tanıyırdı, görüşürdü, söhbətləşirdi.  
 
-Heç məktəbdə atanıza görə sizə güzəşt olub?
 
-(gülür) Yox, xüsusi güzəştlərim olmayıb. Amma bir-iki dəfə nəsə ola bilərdi. 
 
-Məşhurların övladları adətən dəcəl, kaprizli olurlar. Sualı elə-belə vermədim. 
 
-Yox, mən dəcəl deyildim. Yadımdadır ki, aşağı siniflərdə atam məni məktəbə aparardı, amma yuxarı siniflərdə özüm gedirdim. Elə şərait yaratmırdım ki, atam mənə görə məktəbə gəlsin, tənbeh götürsün. 
 
-Telman bəyin ailəcanlılığı həmişə hiss olunurdu. Çox az aktyorlar belə ailəcanlı olurlar.  
 
-Atam çox ailəcanlı idi. İşləri çox idi, amma ailəsinə maksimum vaxt ayırardı. Ata tərəfdən heç vaxt korluq çəkməmişik. Bir az asqıranda, öskürəndə xəstələnməyimizdən narahat olurdu, həkimə aparırdı. Bizi hər altı aydan bir həkimə aparıb, yoxlatdırırdı. Özü də deyirdi ki, nə edirəmsə, ailəm üçün edirəm.
 
"Həkimin xofu canında qalmışdı"
 
-Onun haqqında çox qəribə və təzadlı şayiələr gəzir. Məsələn, bəziləri deyir, o çox korluq çəkib, bəziləri isə biznesi olduğunu deyir.
 
-Yazılanların hamısıyla tanışam. Guya deyirdilər ki, atamın imkanı olmadığına görə dişlərini müalicə etmək istəməyib. (gülür) Ailəmiz həmişə orta səviyyədə dolanıb, yəni korluq çəkməmişik.
 
Dişlərini də xofu olduğuna görə müalicə etdirməyib. Bir dəfə həkimə gedib, iynəni düz vurmayıblar, boğazı şişib, az qala boğulurmuş. Ona görə böyük stress yaşayıb və elə sonralar da diş həkiminin xofu canında qalmışdı. Deyirdi, qızım diş həkimi olacaq və mənim dişlərimi düzəldəcək. Bacım diş həkimliyini bitirdi, öz sahəsində püxtələşdi, amma atam heç onda da gedib dişlərini düzəltdirmədi.
 
-Bəs bununla bağlı narahatlıq keçirmirdi?
 
-Axır vaxtlar deyirdi ki, artıq bu vəziyyətə öyrəşmişəm. Bunu da yəqin, həkimə getməməyin dərdindən deyirdi.
 
"Olsaydı, deyərdim"
 
-Həmişə fikirləşirdim ki, aktyorlar toylarda tamadalıq etməyə sadəcə məcburiyyətdən gedirlər. Amma bir dəfə Əjdər Həmidov söhbət əsnasında dedi ki, toylara çağrılmadığım gün faciəm başlanacaq. Çağırılıramsa, deməli, sevilirəm, tələb olunuram.
 
-Atam o işi sevmirdi, sadəcə məcburiyyətdən, gəlir xatirinə edirdi. Teatrda maaşlar çox aşağı idi, ona görə buna məcbur idi. Amma 50 yaşından sonra daha toylara az-az gedirdi. Deyirdi, çox yoruluram, başım ağrıyır.
 
-Sizi tamaşalara aparırdı?
 
-Həmişə. Mən bütün tamaşaların səhnə arxasında gəzərdim. Bufetdə oturardıq, aktyorlar oraya yığışırdılar. Premyeralara da ailəvi gedərdik. Ondan başqa, "Kino klub" verilişinin çəkilişlərində də iştirak edərdim. 
 
-Tural bəy, atanızın bu sənətdən getmək istədiyi anları olub? Getsəydi, xüsusi qabiliyyəti olduğu başqa peşə vardımı?
 
-Teatrdan ayrılmaq istəyi olmayıb. Bu sənəti çox sevirdi. Onu başqa peşədə təsəvvür etmək çətindir. Amma atam çox gözəl rəqs etməyi bacarırdı. Çünki gənclikdə uzun müddət rəqslə məşğul olub. Hətta ansamblda çıxış edib. İkinci sahə kimi rəqsi deyə bilərəm, amma biznesi olmayıb. O işi bacarmayıb.
 
-İstəyi olub?
 
-Təklif ediləndə deyirdi ki, o işi bacarmıram, ona nə vaxtım, nə də səbrim var.  
 
-Amma deyirdilər Telman Adıgözəlovun qızıl dükanı var. 
 
-Səhv məlumatdır. Olsaydı, deyərdim. 
 
-Tural bəy, atanızın ən çox yadınızda qalan məsləhəti, sözü hansıdır?
 
-Çox məsləhətləri olub, amma hər zaman xatırladığım bir sözü var. Deyirdi, insanlara söz verdinsə onu mütləq yerinə yetir. Kişi verdiyi sözün ağası olar.
 
"Qısqanc kişilərdən idi"
 
-Ananıza qarşı qısqanc olub, deyəsən. Çox yerə getməyə qoymurmuş. Hətta işləməyə belə...
 
-Yox, işləməyə icazə verirdi. Anam bağçada müəllim işləyirdi. Sadəcə atam bir az qısqanc kişilərdən idi. Anamı neçə dəfə bağçaya müdir qoymaq istəyirdilər, amma atam istəmədi. Deyirdi, sən bütün gün işdə olacaqsan, yorulacaqsan. Atam ailəsinə qarşı çox diqqətcil və qapalıydı. Neçə dəfələrlə bizi ailəlikcə çəkmək istəyirdilər, amma atam razılıq vermirdi. Anamdan müsahibə götürmək istəyən jurnalistlərə deyirdi, oğlum danışa bilər, amma yoldaşım yox. 
 
-Ananız hələ də müsahibə vermir. 
 
-Elədir. Atam sağlığında istəmirdi, indi də anam onun istəmədiyi şeyi etmək istəmir. 
 
-Sizə, bacınıza qarşı da qadağası vardı?
 
-Sənət baxımından heç vaxt qadağası olmayıb. Oğlu olaraq mənə əsas qadağası içkiylə bağlıydı. Atam toylara getdiyinə görə çox adam elə bilirdi ki, içki içib. Amma atam heç vaxt içməyib. Yalnız siqaret çəkirdi. Bəzən deyirdilər, axı atanı içərkən görmüşük. Çünki atam məclisə görə əlinə qədəh alıb, tutuşdururdu, amma içmirdi. Mənə də deyirdi, səni içən görməyim. Yaxın dostları bunu təsdiqləyə bilərlər. 
 
-Ananızla tanışlığı haqda danışmağınızı istəyirəm. Qohum idilər?
 
-Qohum yox, Balakəndə qonşu olublar. Anam da balakənlidir. Atamgil əslən ordubadlı olsalar da köç zamanı Balakəndə məskunlaşıblar. Atam Balakəndə anadan olub. Balakənin rütubətli havası atama düşmədi. Uşaq vaxtı ona soyuq dəyib, qolundakı yara irinləyib, həkim də deyib ki, burada qala bilməz. Balakəndə qalsa, uşağın qolu çürüyə bilər. Ona görə məcbur olub Bakıya köçüblər. O yaranın izi həmişə qaldı, onun sol qolunda dəri sümüyə yapışmışdı. 
 
Atam 30 yaşında anamla ailə qurdu. O vaxt üçün bu yaş gec idi. Elə həmişə də deyirdi, gec evlənmişəm. Qonşu olduqlarına görə uşaqlıqdan bir-birlərini tanıyırdılar.  Anam təbiətcə çox sakit qadındır. Atamın sözündən çıxmazdı. 
 
-Telman bəyin qısqanclığını dediniz, bəs ananız onu qısqanmayıb?
 
-Səhnədə və çəkilişlərdə olanları sənət kimi qəbul edirdi, ona görə qısqanmırdı.
 
"...Ölümünü hiss edirmiş"
 
-Deyirlər, ölümü də əvvəldən hiss etmək olurmuş. Özü hiss etmişdimi?
 
-Biz hiss etməmişik. Hətta mən ümumiyyətlə... Atamın sonuncu çəkilişi "Kino klub" verilişində olub. Verilişin sonunda atamın bir kadrı var: orada həmişəlik vidalaşan bir adam kimi danışır və ən sonda əli ilə hamıyla sağollaşır.  Çox qəribə kadrdır.
 
Bir də Fatmayıda bağ qonşumuz deyirdi, vəfatından iki gün öncə oraya gedib, onlara baş çəkib. Dediyinə görə, bir az söhbət edib və sonda atam onunla sanki vidalaşırmış kimi sağollaşıb, ayrılıb.
 
Bəlkə də ölümünü hiss edirmiş. Amma yenə deyirəm, ailəsi olaraq bizə hiss etdirməyib.
 
-Doğrudur ki, Telman bəyin ölümünə səbəb düzgün diaqnozun qoyulmaması olub?
 
-Bəli. Atam mikroinfakt keçirmişdi. Həkimə gedib, düzgün diaqnoz qoymayıblar. Deyiblər, belində duz var, ona uyğun da müalicə yazıblar. Altı ay sonra yenidən infarkt oldu. Ürək damarlarının tıxanması baş verdi və bu dəfə ürək fəaliyyətini dayandırdı.
 
-Hacı İsmayılov deyirdi, Telman 57 rəqəmindən qorxurmuş. Deyəsən, maşının  nömrəsini də buna görə dəyişib. 
 
-O lap köhnə maşınının nömrəsi idi. Amma 57 rəqəmiylə bağlı bir söz deyə bilmərəm, çünki hiss etməmişəm. Onu bilirəm ki, doğum günlərində həmişə kövrək olurdu. Görünür, yaşının üzərinə yaş gəlməsindən qorxurmuş.
 
"Dükanın sahibi gəldi, dedi ki..."
 
-Telman bəyi qalstuk-kostyumsuz təsəvvür etmək qeyri-mümkündür. Bilirəm ki, geyim ən həssas yeriymiş. Özü də brend markaların geyimlərini sevirdi. Bakıdan alırdı?
 
-Ən çox Bakıdan alırdı. Xarici ölkəyə də gedəndə alıb gətirirdi. O brend markalı kostyumların birinci müştərisi idi. Hətta rəhmətə gedəndən sonra bir brend dükanın sahibi evə gəlib, bizə pul verdi, dedi Telman bir kostyum üçün beh qoyubmuş. O qədər qalstuk, ayaqqabı, köynək, kostyum alırdı ki, evdə onların əlindən tərpənmək olmurdu. (gülür)
 
-Bir müsahibənizdə demisiniz ki, əsgərliyə gətirdiyi sovqatı geri göndərdiyinizə görə peşman olmusunuz. Sizdən çoxmu incimişdi?
 
-Mən Milli Qvardiyada qulluq etmişəm. Atamı hamı tanıyırdı deyə ora çox gəlməsini istəmirdim. Doğrudur, orada heç kəsə ayrı-seçkilik qoyulmur.  Amma yenə də tez-tez gəlməsinin əleyhinə idim. Gələndə də nə gətirəcəyi ilə bağlı mənimlə məsləhətləşərdi.
 
Yadımdadır ki, Yeni il bayramı idi, qar yağmışdı, yanıma gəldi, məndən xəbərsiz sovqat da gətirmişdi. O sovqatı bölüyün içinə aparmağı özümə sığışdırmadım. Ona görə geri göndərdim.
 
Mənə heç nə bildirmədi, amma yəqin ki, incidi. Çünki heç nə demədi. Halbuki o sovqatı götürə bilərdim. Gərək qaytarmayaydım.
 
"Cavanlıq etdim, tələsdim"
 
-Tural bəy, atanızın qəbirüstünün düzəldilməməsiylə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə aranızda gərginlik yaşanmışdı. İndi vəziyyət necədir?
 
-O məsələdən sonra bir də üz-üzə gəlmədik. İnciklik deyəndə ki, adamın Allahı var, qəbirüstünü düzəltdilər, yas mərasimini də dövlət etdi. İncikliyimiz Fəxri xiyaban və vida mərasiminin keçirilməməsi oldu. Bunu bizə təklif etməmişdilər.
 
-Amma xatırladığım qədər qəbirüstünün düzəldilməməsiylə bağlı narahatlığını mətbuata açıqlamışdınız.  
 
-O məsələdə mən cavanlıq etdim. Tələsdim. Heç atamın 40 günü olmamış, artıq qəbirüstü hazır idi. 
 
"Oğlum böyüdükcə atama bənzəyir"
 
-Telman bəy övladlarının toyunu və nəvələrini görmədi. Neçə nəvəsi var?
 
-Üç. Mənim bir oğlum, bir qızım, bacımın isə bir qızı var. 
 
-Oğlunuzun adını Telman qoymusunuz. Şəkillərdən gördüyüm qədər, elə atanızın uşaqlığına oxşayır.  Atanızı balaca Telmanın simasında görmək necə bir hissdir?
 
-Atam aprel ayında dünyaya gəlib, oğlum da o ayda doğulub. Atamın adını qoyduq, böyüdükcə də elə ona bənzəməyə başladı... 

Milli.Az

















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakı Musiqi Akademiyasında Çingiz Abdullayevlə görüş - FOTO

28 Aprel 2017 20:05

Böyük hücumun ANONSU, əks təqdirdə QARABAĞDA MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

28 Aprel 2017 20:03

Erməni əsgər anası İrina Qazaryan: “Serj Sarqsyan oğlumun qatilinə medal verdi”

28 Aprel 2017 19:57

"Mənə anam yardımçı olur" - Teleaparıcı

28 Aprel 2017 19:57

Rusiyada kütləvi yanğın baş verib -

28 Aprel 2017 19:55

Terroru dəstəkləyən imam HƏBS OLUNDU

28 Aprel 2017 19:53

Həbs olunan məktəb direktoru zorladığı şagirdə məktub yazdı: "Tez bu səhvi düzəldin"

28 Aprel 2017 19:52

Traktorçu Ağsu çayından çınqıl yığarkən dünyasını dəyişib

28 Aprel 2017 19:52

Alim Qasımovun qızı: "Atam deyir, qır çərçivələri" - FOTO

28 Aprel 2017 19:47

Keçmiş MTN əməkdaşı məhkəmədə ifadə verib: "Mənə Eldar Mahmudovun qəbul otağında bir nəfərin olduğunu dedilər"

28 Aprel 2017 19:47

İslamiada: VII yarış günündə 10 idman növü üzrə yarışlar keçiriləcək

28 Aprel 2017 19:47

Rusiyanın kəndi tamamilə yandı

28 Aprel 2017 19:43

Rusiyada bir kənd tamamilə yanıb

28 Aprel 2017 19:37

SOCAR-ın İdarəsinə beynəlxalaq inspeksiya və akreditasiya qurumlarının sertifikatları təqdim olunub

28 Aprel 2017 19:37

"Şimali Koreya ABŞ-a zərbə endirə bilər" - Tillerson

28 Aprel 2017 19:37

"Ermənistan əsgərlərinin Azərbaycanın ərazilərində nə işi var?" - XİN

28 Aprel 2017 19:37

Mətbuat Şurası Mariya Zaxarovaya cavab verdi -

28 Aprel 2017 19:37

Ötən il universitetlərə rekord sayda qəbul olub

28 Aprel 2017 19:34

Dindar qadınlardan GÖRÜNMƏMİŞ ADDIM

28 Aprel 2017 19:33

Rövşən Lənkəranskini öldürən "qanuni oğru" ilə bağlı ŞOK MƏLUMAT

28 Aprel 2017 19:32

"Liverpul"un futbolçusunu polis saxladı

28 Aprel 2017 19:27

Bakıda mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqinə dair tədbir keçirilib

28 Aprel 2017 19:22

İki evdən eyni üsulla 24 min manatlıq qızıl oğurlandı

28 Aprel 2017 19:22

Cocuq Mərcanlıda 1238 qəlpə və 2 mərmi aşkarlandı

28 Aprel 2017 19:18

Norveçdə 272 milyon dollara gəmi tuneli tikilir

28 Aprel 2017 19:17

"ASAN Xidmət"ə yeni səlahiyyət verildi -

28 Aprel 2017 19:15

Lamiyyə Ələkbərqızının anası - FOTO

28 Aprel 2017 19:12

Azərbaycan gimnastları halqalarla hərəkətlərdə finala çıxıb - FOTO

28 Aprel 2017 19:12

Abid Şərifov: "Nəvəm də qorxaraq zəng etdi ki, baba sənə nə olub"

28 Aprel 2017 19:12

"ART Rising" layihəsinin təqdimatı ilə bağlı sərgi keçiriləcək

28 Aprel 2017 19:12

Ən yaxşı baş məşqçilər - SİYAHI

28 Aprel 2017 19:12

Türkiyəli və afrikalı iş adamları Azərbaycana sərmayə qoymağa dəvət olunublar

28 Aprel 2017 19:07

Bakıda qohumlarının evini qarət edənlər tutuldu - İki kişi və bir qadın - FOTO

28 Aprel 2017 19:05

"CinemaPlus"da "Nazlı" filminin qala-gecəsi baş tutdu - FOTO

28 Aprel 2017 19:05

Yığmamızdan beynəlxalq yarışda ilk medal

28 Aprel 2017 19:03

Səlim Müslümov Goranboyda 5 şəhər və rayon sakinləri ilə görüşüb

28 Aprel 2017 19:02

Həyat yoldaşı aktyor Elməddindən niyə küsüb? - "Hər zaman susmuşam, amma..."

28 Aprel 2017 18:59

Bu DA OLDU: Ucarda qayınana gəlinini QANINA QƏLTAN ETDİ

28 Aprel 2017 18:58

Baş nazirin müavini: "Keçmiş “Sovetski"də təqribən 10 mindən çox ev sökülməlidir"

28 Aprel 2017 18:57

Qızılgül çayının faydaları

28 Aprel 2017 18:57

"Muğanbank Çek" üzrə 9-cu tiraj keçiriləcək

28 Aprel 2017 18:52

Bakıda mənzildən meyit tapıldı

28 Aprel 2017 18:48

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi axtarır

28 Aprel 2017 18:47

Ucar rayonunda qaynana gəlinini bıçaqlayıb

28 Aprel 2017 18:47

Zehni yaşınızı müəyyən edən ən real suallar...

28 Aprel 2017 18:43

419 məktəbdə 665 artıq ştat vahidi aşkarlandı

28 Aprel 2017 18:39

Bakıda mənzilə basqın edən oğrular tutulublar

28 Aprel 2017 18:37

"ASAN xidmət"in səlahiyyətləri artırılıb

28 Aprel 2017 18:37

Tarkandan ofisiantlara BÖYÜK JEST - FOTO

28 Aprel 2017 18:34

Mənzil oğruları təxirəsalınmaz tədbirlər nəticəsində tutulublar

28 Aprel 2017 18:32