Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İşsizlik üzrə icbari sığorta haqqında qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq

İşsizlik üzrə icbari sığorta haqqında qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq

Date: 11 October 2016 13:02

Bakı. 11 oktybar. REPORT.AZ/ Yaxın zamanda işsizlik üzrə icbari sığorta haqqında qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq.
"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Binəqədi rayonunda Məşğulluq Xidməti Mərkəzinin açılışında jurnalistlərə açıqlamasında məlumat verib.
"Bu gün qədər bu qanun layihəsi bütün müvafiq qurumlar tərəfindən nəzərdən keçirilib və biz Azərbaycan Respublikası Maliyyə Nazirliyindən son rəyi gözləyirik", - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, heç kim iş yerinin itirilməsindən sığortalanmayıb və bel qanunun qəbulu insanlara rahat işləmək imkanı yaradacaq: "Nəticədə insanlar işlərini itirməkdən qorxmayacaq və əmək hüquqlarını tələb edə biləcəklər. Bu prosesi sistemləşdirmək lazımdır".
O bildirib ki, işçi işini itirdiyi halda ona işsizlik üzrə müavinət ödəniləcək: "Bu sahədə qanunun olmaması bəzi çətinliklər yaradır. Məsələn, ölkədə bankların bağlanması və bankların konsolidasiyası prosesinin başlanması, eləcə də valyuta mübadiləsi məntəqələrinin ləğvi ilə əlaqədar bir çox insanlar iş yerlərini itirdi. Bizim Məşğulluq Mərkəzlərinə artıq maliyyə-bank sektorunda çalışmış 2,7 min nəfər müraciət edib".
Nazir vurğulayıb ki, maliyyə və bank sektorunda ümumiyyətlə, əmək haqqı yüksək olur, təxminən 1252 manatdır və onlar subsidiyaların kimi əmək haqqının 70%-ni ödəməli olacaq. O, 15 milyon manatın subsidiyaların ödənilməsi üçün kifayət etmədiyini də sözlərinə əlavə edib.

Tags:  İşsizlik üzrə icbari sığorta haqqında qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunacaq

RƏYLƏR


Top news