Kadırovun pişiyi Ağ Evdə tapıldı – VİDEO

Kadırovun pişiyi Ağ Evdə tapıldı – VİDEO
13:03 11 Oktyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın HBO kanalında “Last Week Tonight” aşxam şousunun aparıcısı Con Oliver Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun həyatı haqqında tamaşaçılara danışıb.

Publika.az xəbər verir ki, aktyor Andrey Boçarov videonu tərcümə edərək səsləndirib.

Oliver süjetində Kadırovun Çeçenistanda keçirilən prezident seçkilərində qalib gəldiyini, çeçen qadını günü münasibəti ilə keçirilən təntənəli qəbula döyüş libasında gəldiyini bildirib. Həmçinin televiziya aparıcısı Kadırovun oğlanlarının iştirakı ilə Qroznıda keçirilən döyüşlər haqqında danışıb. Oliver sonda xatırladıb ki, Çeçenistan Respublikasının başçısı öz pişiyini tapmayıb.

Mayın 22-də televiziya aparıcısı öz proqramının tamaşaçılarına itmiş pişiyin axtarışları üçün Kadırova kömək etməyi təklif edib. Sonradan Kadırov deyib ki, insanlardan çoxlu şəkil alıb və iddia ediblər ki, heyvanı Vladivostok, Yaponiya, İslandiya, Yeni Zellandiya və hətta Ağ Evin dəyirmi kabinetində görüblər.

Ramzan Kadırov Toyqer cinsindən olan pişiyinin itdiyi barədə mayın 16-da “Instagram”da yazıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR