Nazirlik Masazırdakı qətllə bağlı məlumat yaydı

Nazirlik Masazırdakı qətllə bağlı məlumat yaydı
13:04 11 Oktyabr 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Masazır qəsəbəsində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Lalə Muxtarovanın evinə gəlmiş keçmiş əri, Ağdam rayon sakini Sadiq Muxtarov münaqişə zəminində ona küt alətlə başından, özünə isə bıçaqla sinə nahiyəsindən xəsarət yetirib. L.Muxtarova hadisə yerində ölüb. S.Muxtarova xəstəxanada tibbi yardım göstərildikdən sonra polisə gətirilib.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256192

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR