“Çexiya ilə oyunda bir xal götürsək, bu, əlanın əlasıdı” – Samir Abasov

“Çexiya ilə oyunda bir xal götürsək, bu, əlanın əlasıdı” –  Samir Abasov
13:07 11 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, ilk görüşdə San Marinonu səfərdə, Norveçi isə evdə tək qolla üstələyən yığmamız Çexiyanın qonağı olacaq.


Komandamız üçün vacib görüş ərəfəsində millimizin sabiq üzvləri Yunis Hüseynovla Samir Abasovun fikirlərini öyrəndik.


Hazırda işsiz olan Yunis bəy hesab edir ki, komandamızdakı qələbə əhval-ruhiyyəsi bugünkü oyunda lehimizə işləyəcək başlıca amildir: “Seçmə mərhələyə yaxşı başlamışıq. Ancaq bunu möcüzə adlandırmaq olmaz. Hər halda, San Marinonu udmalıydıq. Norveç San Marino olmasa da, oyunda göstərdi ki,  nəsə edə bilərik. Həm də onlarla son tsiklda da qarşılaşmışdıq, oyunlarına bələd idik. Açığı, onlara qalib gələcəyimizə inanırdım. Çexiyanı isə Norveçdən səviyyəli komanda hesab edirəm. Üstəlik, səfərdə oynayırıq. Buna baxmayaraq, hazırda komandamızın əhval-ruhiyyəsi daha yaxşıdır. İstək, özünəinam hissi bu gün bizə çox kömək edə bilər. Bir xal da bizi qane edər, ancaq qalib də gələ bilərik. Hər şey ola bilər. Komandamıza uğurlar arzulayıram. Düşünürəm ki, bizi qane edəcək bir nəticə qazanacaqlar”.

   


“Sumqayıt”ın baş məşqçisi olan Abasov isə düşünür ki, Çexiya hücum edən tərəf olacaq və millizin üzvləri əks-hücumlar zamanı əllərinə düşən imkanları dəyərləndirməlidirlər:  “Milli komandamızın 2 oyundan 6 xal toplaması mənim üçün sürpriz deyil, gözlənilən idi. Çünki San Marinonu udmaq udmaq elə də problem deyil. Onları udmalıydıq. Norveçlə oyunda da çox adam yaxşı nəticə gözləyirdi. Komandamızın potensialı buna imkan verir. Qalib gəldik, indi önə baxmalıyıq. Çexlərə gəlincə, onların Almaniya ilə oyununu izlədim. Böyük hesabla uduzsalar da, pis təsir bağışlamadılar. Bu gün ilk qələbələrini qazanmaq üçün ikiqat güclə oynayacaqlar. Millimizin artıq heyəti də açıqlanıb. Sadəcə, Rəşad Sadıqovun durumu sual altındadır. Onun olmamağı böyük problemdir. Futbol adamlarından kimdən soruşsan, deyəcək ki, çətin olacaq. Bu aydın məsələdir. Uşaqların üzərinə böyük iş düşəcək.  Real danışaq, bu gün 1 xal götürsək, bu, əlasının əlasıdır. Bunu da əldə etmək üçün ələ düşən fürsətləri dəyərləndirməlisən. Norveçlə oyunda da gördünüz, rəqib daha çox hücum edirdi, təkqapı oynayırsa, yəqin ki, Çexiyada da elə olacaq. Onlar da bizim son oyunumuza baxıblar, incələyiblər.Udmaq istəyəcəklər, çexlər müdafiəyə oturası deyil. Udmaq üçün də qabağa açılacaqlar. Həmin vaxt düşən fürsəti istifadə etsək, ən azı heç-heçə ilə qayıda bilərik. Səhv etmirəmsə, Ramil Şeydayev də “11-lik”dədir. Epizod olsa, vurmaq lazımdı. Kənardan danışmaq asan görünür, təbii ki. Bizə düşən komandaya uğur arzulamaqdı”.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cexiya-il-oyunda-bir-xal-gotursk-bu-lann-lasd-t53266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR