Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Hüseyn Bağırov Bolqarıstanda səfərdədir

Hüseyn Bağırov Bolqarıstanda səfərdədir

Hüseyn Bağırov Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri ilə görüşüb (22 Fevral 2017 15:27)
Hüseyn Bağırov Kürdəmirdə vətəndaşları qəbul edəcək (14 Fevral 2017 17:07)

Tarix: 11 Oktyabr 2016 13:17

Sofiya. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Sofiyaya səfəri çərçivəsində Bolqarıstanın ətraf mühit və su ehtiyatı naziri İvelina Vasileva ilə görüşüb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi imkanları, ekologiya sahəsində imzalanan bir çox konvensiya və çoxtərəfli sazişlər ətrafında müzakirələr aparılıb. Həmçinin, Azərbaycan və Bolqarıstan arasında ətraf mühitin mühafizəsi üzrə birgə layihələrin əhəmiyyətinə də toxunulub. Görüşdə dövlətlər arasında təcrübə mübadiləsinin aparılması və yeni layihələrin müəyyənləşdirilməsi istiqamətində birgə işçi qrupununu yaradılması da müzakirə mövzusu olub.
Qeyd edək ki, H.Bağırov Bolqarıstanın ətraf mühit və su ehtiyatı naziri İvelina Vasilevanın dəvətilə bu ölkədə səfərdədir. 

Teqlər:  Hüseyn Bağırov Bolqarıstanda səfərdədir



RƏYLƏR


Top xəbərlər