Emil Hüseynli: "Azərbaycan, Türkiyə və Rusiyanın strateji tərəfdaşlığı sabitliyə, inkişafa böyük töhfə verəcək"

Emil Hüseynli: "Azərbaycan, Türkiyə və Rusiyanın strateji tərəfdaşlığı sabitliyə, inkişafa böyük töhfə verəcək"
13:17 11 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində bir araya gəlməsini prezident İlham Əliyevin geosiyasətdə uğuru kimi qiymətləndirmək olar".

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Düşüncə" İctimai Birliyin sədri, ekspert Emil Hüseynli deyib.

E.Hüseynlinin sözlərinə görə, prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində müharibə həddində olan Türkiyə ilə Rusiya yenidən strateji tərəfdaşlıq münasibətlərinə başlayıblar: ""Yeni üfüqlərə qucaq açmaq" devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində hər üç prezidentin isti və səmimi münasibəti dünya birliyi üçün bir mesaj oldu. Hər üç ölkənin həm dünyanın enerji təhlükəsiziliyində, həm də geosiyasətdə böyük nüfuzu var və bu ölkələrin strateji tərəfdaşlığı sabitliyə, inkişafa böyük töhfə verəcək".

QHT sədri qeyd edib ki, Rusiya və Türkiyə münasibətlərində soyuqluğun aradan qaldırılması Azərbaycanın maraqlarına xidmət edir: "Həm Rusiya, həm də Türkiyə Azərbaycanın qonşusudur, strateji tərəfdaşıdır. Onların birgə olması Azərbaycanın iqtisadi və siyasi maraqlarına cavab verir. Bu baxımdan düşünürəm ki, Türkiyə ilə Rusiya arasında münasibətlər yaxınlaşsa, bundan region dövlətləri udacaq".

E.Hüseynli bildirib ki, prezident İlham Əliyevin Türkiyə səfərində daha bir yaddaqalan məqam Azərbaycanın qardaş ölkəyə açıq dəstək verməkdə israrlı olduğunu bir daha nümayiş etdirməyi oldu: "Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri digər ölkələr üçün bir örnəkdir. Azərbaycan və Türkiyə prezidentləri bir daha qardaş ölkə, bir-birilərinin yanında olduqlarını bəyan etdilər. Hesab edirəm ki, bəzi ölkələr bundan özlərinə pay götürdülər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/478308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR