61 min manatlıq paltarı oğurlayıb satdı

61 min manatlıq paltarı oğurlayıb satdı
13:19 11 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Anbardan xeyli paltar oğurlayıb satan qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayon sakini Elməddin Bayramov Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edərək həyətindəki anbardan 61000 manat dəyərində geyim əşyalarının Gültəkin Ələkbərova tərəfindən oğurlanmasını bildirib.

Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində E.Bayramova məxsus oğurlanmış geyim əşyalarını satmaqda şübhəli bilinən Bakı şəhər sakini G.Ələkbərova saxlanılaraq 10-cu PB-yə təhvil verilib. G.Ələkbərova toplanmış materialla birgə aidiyyatı üzrə Abşeron RPİ-yə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR