Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə "selfi-beş" (self-fives) adlı yeni dəb yayılır.
Güzgü qarşısında duran şəxs telefonunu əlindən buraxmalı, əl çalmalı və bu zaman yerə düşən telefon onun selfisini çəkməlidir.
Milli.Az bildirir ki, yeni "dəb"in banisi ABŞ-ın Şimali Karolina Universitetinin əməkdaşı Set Şnayderdir.
O, güzgü qarşısında duraraq telefonun kamera düyməsini basıb, sonra telefonu əlindən buraxıb və əl çalıb.
Bu foto Twitter-də 170 min dəfə paylaşandan sonra "dəb" başlanıb.
Milli.Az