“Samsung” istifadəçilərinə XƏBƏRDARLIQ: Telefonları söndürün!

“Samsung” istifadəçilərinə XƏBƏRDARLIQ: Telefonları söndürün!
13:23 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünən “Samsung” şirkətinin “Galaxy Not 7” seriyalı telefonların istehsalını dayandırmasıyla bağlı xəbər vermişdik. Şirkət “Galaxy Not 7”-nin qızma səbəbilə meydana gələn partlaması və yanması səbəbindən istehsalına fasilə verib. Ötən ay qızma probleminin yaranması səbəbindən 2,5 milyon telefon dəyişdirilmək üçün geri çağırılıb.

ŞOK QƏRAR: “Samsung” istehsalı dayandırdı - FOTOLAR

“Samsung” şirkəti telefonların istehsalını dayandırıb.

Publika.az xəbər verir ki, Cənubi Koreya şirkəti bu gün daha bir xəbərdarlıq edib. Şirkət rəhbərliyi “Not 7” istifadəçilərindən cihazları söndürməyi və istifadə etməməyi istəyib.

Bu problem araşdırılıb aradan qaldırılana qədər cihazlardan istifadə edilməməsi tövsiyə olunub.

Pərviz Hikmət


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/171736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR