Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təhsil İdarəsi daha 3 rayonda qəbul keçirəcək

Təhsil İdarəsi daha 3 rayonda qəbul keçirəcək

Date: 11 October 2016 13:24

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi oktyabrın 14-də paytaxtın Səbail, Qaradağ və Yasamal rayonları üzrə səyyar qəbul keçiriləcək.

 

BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

 

Bildirək ki, Bakının 18 nömrəli tam orta məktəbində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

 

Səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırmaya yönləndiriləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

 


Tags:  Təhsil İdarəsi rayonda qəbul keçirəcək


RƏYLƏR


Top news