Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşallah Əhmədovdan jurnalistlərə etiraz

Maşallah Əhmədovdan jurnalistlərə etiraz

Date: 11 October 2016 13:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Fanat.Az  xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Hakim bildirib ki, məhkəmədə iştirak edən təqsirləndirilən şəxs M.Əhmədov jurnalistlərin prosesdə iştirak etməsinə etiraz edib.


Prosesə M.Əhmədovun vəkili gəlmədiyi üçün təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini istəməyib. Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.


Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, məhkəmə qərarı ilə sonradan ev dustaqlığı ilə əvəzləyib. (Trend)


Fanat.Az


Tags:  Maşallah Əhmədovdan jurnalistlərə etiraz

RƏYLƏR


Top news