Murad Boz və Burak Özçivitin sevgililəri əlbəyaxa oldu

Murad Boz və Burak Özçivitin sevgililəri əlbəyaxa oldu
13:31 11 Oktyabr 2016
138 Şou
Ölkə mətbuatı
A- A+

"Kardeşim Benim" filminin çəkilişləri zamaqnı çox yaxın dost olan Murad Boz və Burak Özçivitin son zamanlar bir-birindən uzaqlaşmalarının səbəbi bəlli olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Muradın sevgilisi Aslı Enver və Burakın sevgilisi Fahriye Evcen reklam siması olduqları şirkətin çəkiliş meydançasında dalaşıblar. Əvvəl Evcen firmayla 1,5 milyon lirəlik müqavilə bağlayıb. Daha sonra isə Aslı 1 milyon lirəlik təklifi qəbul edib. Bununla da, aktrisalar arasında açıq mübarizə başlayıb.

F.Evcen "Mən ondan daha məşhuram" deyərək etirazını bildirib. Kaprizləri ilə hər zaman gündəmdə olan Fahriye Aslını görmək istəmədiyini bildirib., hətta İnsatqramda onu izləməsini də dayandırıb. A.Enver isə Evcenin ona atdığı sözləri sakit qarşılayaraq səbirli davranıb.

Tədbirlərdən birində isə Aslı artıq dözməyərək Fahriye ilə dalaşıb. Aktrisaların əlbəyaxa olması onların sevgililərinin də arasını vurub.

"Kardeşim benim 2"ni çəkmək istəyən B.Özçivitin M.Boz və A.Enveri filmə çəkilməyə razı salacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR