Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İntihar edən tələbə ilə bağlı RƏSMİ AÇIQLAMA: "Son bir ay idi ki, o..."

İntihar edən tələbə ilə bağlı RƏSMİ AÇIQLAMA: "Son bir ay idi ki, o..."

Date: 11 October 2016 13:33

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən tələbənin intiharı ilə bağlı açıqlama verilib.

Publika.az xəbər verir ki, məlumatda 4-cü kurs tələbəsi olan Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat etdiyi bildirilir: "O, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alırdı.

Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, son vaxtlar tələbə özünə qapanmışdır, son bir ayda dərslərdə iştirak etməmiş, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırmışlar.

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər".


Tags:  İntihar edən tələbə bağlı RƏSMİ AÇIQLAMA Son ay idi

RƏYLƏR


Top news